Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 5-də Xətai rayonunun Abbas Səhhət küçəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, saat 10:00-dan etibarən başlanacaq işlər yekunlaşanadək qeyd olunan ərazidə qazın verilişi dayandırılacaq.

Təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.