YAP Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin hazırlıqlarına başlayıb

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2009-cu ilin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin hazırlıqlarına başlayıb. Partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, seçkiyə hazırlıq işləri yüksək səviyyədə gedir.
M.Qurbanlı partiyanın bütün bələdiyyələrə namizəd irəli sürəcəyini, seçki kampaniyasında müasir seçki texnologiyalarından istifadə edəcəyini deyib.
Onun sözlərinə görə, YAP-ın kifayət qədər seçki təcrübəsi var və bu təcrübə partiyanın bələdiyyə seçkilərində də qalib gəlməsini təmin edəcək.