Ermənilər tərəfindən törədilən Xocalı soyqırımı İslam Konfransı Təşkilatı (İKT) rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu sözləri jurnalistlərə dünən İKT-nin baş katibinin müavini İzzət Kamil Müfti deyib. İKT-nin rəsmisi bildirib ki, təşkilat Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərini işğal etməsi faktından xəbərdardır. Azərbaycanın bizə əziz olan torpaqlarının işğalı İKT-nin bütün toplantılarında müzakirə mövzusudur. Biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq.