Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə Kəlbəcər rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə ərazi partiya təşkilatında “Qurtuluşdan Zəfərə və Böyük Qayıdışa aparan yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Aynur Fərzəliyeva və partiya fəalları iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Aynur Fərzəliyeva cıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı tarixi və proqram xarakterli çıxışının əhəmiyyəti diqqətə çatdırıblar. Qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə yüksəlib, Azərbaycan qurtuluş ideyalarından tarixi Zəfərə, Zəfərdən isə genişmiqyaslı quruculuq işlərinə və Böyük Qayıdışa doğru inamla irəliləyib.
Bildirilib ki, VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflər ölkəmizin gələcək inkişaf prioritetlərini, milli həmrəyliyin möhkəmləndirilməsini, dövlətçilik ideyalarının təbliğini və partiyanın qarşısında duran mühüm vəzifələri özündə ehtiva edir.
Tədbirdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin məskunlaşması və Böyük Qayıdış Proqramının uğurla icrası barədə fikir mübadiləsi aparılıb.
Sonda YAP VIII Qurultayının qərar və tövsiyələrindən irəli gələn vəzifələrin ərazi partiya təşkilatlarında təbliğinin, partiya fəallarının ideoloji maarifləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.