YAP bələdiyyə seçkiləri ilə bağlı imzatoplama kampaniyasını başa çatdırıb

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) imzatoplama kampaniyasını başa çatdırıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, namizədlərin imza vərəqələri qeydiyyata alınmaq üçün müvafiq dairə seçki komissiyalarına təqdim edilib. İmza vərəqələrini təqdim edən namizədlərdən bu günə qədər 1000 nəfəri qeydiyyat vəsiqələrini alıb. YAP ölkə ərazisindəki bələdiyyələrdəki bütün yerlərə namizəd irəli sürüb.