YAP-ın yaranmasının 17-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək. Partiyanın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı APA-ya açıqlamasında bununla bağlı tədbirlər planı hazırlandığını deyib. 17-ci ildönümün yubiley olmadığını söyləyən M.Qurbanlı, bu səbəblə geniş tədbirlərin nəzərdə tutulmadığını bildirib: “Amma sözsüz ki, bu ildönümü qeyd olunacaq. Həm partiyanın rəhbərliyi, həm də rayon təşkilatları səviyyəsində tədbirlər keçiriləcək”.
Qeyd edək ki, YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında keçirilib.