Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 24 - 28 dekabr tarixləri arasında Tacikistan Xalq Demokratik Partiyasının X Qurultayı və 15 illik yubiley mərasimlərində iştirak edir. Nümayəndə heyətinin tərkibinə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov daxildir.