YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası ilə bağlı yerlərdə görüşlər davam etdirilir

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından sonra qarşıya qoyulan vəzifələrin müzakirəsi və icrası istiqamətində yerlərdə keçirilən görüşlər davam etdirilir.

Bu çərçivədə YAP Xaçmaz rayon təşkilatının Xaçmaz şəhər 3 saylı tam orta məktəbi və  Xaçmaz şəhər 6 saylı tam orta məktəbi ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə iştirak edən YAP Xaçmaz rayon təşkilatının əməkdaşları Fazil Rəhmətov və Qüdrətulla Ağasiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultayda səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn mühüm hədəf və vəzifələr barədə partiya üzvlərinə ətraflı məlumat veriblər.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm nailiyyətlər əldə edir, ölkəmizin beynəlxalq nüfuzu və siyasi mövqeləri daha da möhkəmlənir. Qazanılan uğurlar partiya üzvlərinin üzərinə düşən məsuliyyəti artırmaqla yanaşı, onların fəaliyyətində fəallığın, təşəbbüskarlığın və vətəndaşlarla sıx əlaqələrin gücləndirilməsini zəruri edir.

Natiqlər VIII Qurultaydan irəli gələn vəzifələrin yerli təşkilatlar səviyyəsində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, partiya üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, ictimai-siyasi proseslərdə fəal iştirakın təmin olunması, eləcə də əhali ilə mütəmadi əlaqələrin qurulması təşkilatın fəaliyyətinin əsas istiqamətlərindəndir.

Sonda qeyd olunub ki, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvü öz fəaliyyətində məsuliyyətli olmalı, partiyanın məqsəd və məramlarının təbliğinə, ölkəmizin inkişafına və cəmiyyətin rifahına töhfə verməlidir.