Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın Baş naziri Vasile Tofanla birgə brifinq zamanı bildirib.
Koretski deyib ki, saziş hərbi-texniki əməkdaşlıq sahəsində təcrübə mübadiləsi üçün yol açır.
Ukrayna, həmçinin Moldovaya minatəmizləmə koalisiyasında əməkdaşlığı genişləndirməyi təklif edib.
Onun sözlərinə görə, Moldova Ukrayna ilə daha iki sərhəd-keçid məntəqəsinə birgə nəzarəti genişləndirməyə hazırdır.
Koretski deyib: "Biz birlikdə keçid məntəqələrində təhlükəsizliyi gücləndiririk. Moldovanın daha iki keçid məntəqəsində birgə nəzarəti başlatmağa hazırlığını alqışlayıram".