Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən hədəflər və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrlə bağlı YAP Göyçay rayon təşkilatının “Kürdşaban kənd” ərazi partiya təşkilatlarında görüş keçirilib.
Tədbiri açıq elan edən ərazi partiya təşkilatının sədri Yusif Cəbrayılov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən və verdiyi mühüm mesajlardan bəhs edib. O, Qurultayın partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı olduğunu qeyd edərək, qarşıdakı dövrdə görüləcək işlərdən danışıb.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Prezident İlham Əliyevin partiyanın VIII Qurultayda səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrdən söhbət açıb. O, qarşıya qoyulan hədəflərin reallaşdırılmasında partiya üzvlərinin üzərinə düşən məsuliyyəti vurğulayaraq, ideoloji işin gücləndirilməsinin və əhali ilə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. .
Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, partiya fəalları Coşqun Məmmədov, Kamil Məmmədov və Səfəq Abdullayeva YAP-ın VIII Qurultayının əhəmiyyətindən, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən əsas hədəflərdən və partiyanın qarşısında duran vəzifələrdən bəhs ediblər. Onlar Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və partiya üzvlərinin qarşısında duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər.
Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.