Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

03.05.2024 [11:27]

“Ölkədə son 5 il ərzində inqilabi sosial islahat paketkəri həyata keçirilib”.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, 4 milyon insanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyata keçirilib: “Bu müddət ərzində ölkəmizdə əmək haqqı fondu 2,8 dəfə, minimum əmək haqqı 2,7 dəfə, orta əmək haqqı 75 faiz artıb”.

Müharibə iştirakçılarının başçımızın tapşırığına uyğun olaraq daim diqqət mərkəzində olduğunu bildirən S.Babayev əlavə edib: “128 min müharibə iştirakçısına 340 min manatdan çox dəstək tədbiri göstərilib. Eyni zamanda, 6 min mənzil, 600 avtomobil təhvil verilib. Bu dəstək tədbirlərinin artırılması planlaşdırılır”.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31