Baykot havası ilə “siyasi ömrünü” uzatmağa cəhd edən...
04.05.2024 [09:50]
Rediküllər seçki prosesini “hədəfə alır”
Son dövrlərdə parlament seçkilərinin vaxtının dəyişdiriləcəyi, qlobal COP29 tədbiri ilə üst-üstə düşdüyü üçün qabağa çəkiləcəyi ilə bağlı müzakirələr aparılır. Hətta srağagün MSK sədri Məzahir Pənahov da bununla bağlı bir sıra fikirlərini bölüşdü - seçkilərin yayın sonuna çəkilməsi ehtimalından danışdı. Azərbaycanın sağlam siyasi qüvvələri prosesin qabağa çəkilməsini normal qarşılayır - onlar parlament seçkilərinə hazırlıq prosesinə uzun müddətdir ki, start verdiklərini bəyan edirlər. Redikül müxalifət isə hər zaman olduğu kimi, bu dəfə də “ənənəsinə” sadiq qaldı - onlar öz gücsüzlüklərini, xalq tərəfindən dəstəklənməmələri faktını ört-basdır etmək üçün artıq indidən əks kampaniyaya başlayıblar. Sosial şəbəkələrdə seçkiyə qədərki prosesə ləkə yaxmaq üçün “hay-həşir” qaldıran AXCP sədri Əli Kərimli köhnə yalanlarını “təkrarlamağa” başlayıb. Məqsəd isə bəllidir - o, bu yolla yenə seçki prosesdən kənarda qalmaq, beləliklə də, xarici ermənipərəst mərkəzlərə xidmətini davam etdirmək niyyətindədir. Əli Kərimli indidən seçki qanunvericiliyini, siyasi mühiti və başqa amilləri hədəfə almaqla özünü və başçılıq etdiyi dəstəni prosesdən kənarda saxlamaq istəyir, dövlətin, xalqın tarixinə yazılacaq bu böyük hadisədə yer almamaqla Əli Kərimli sanır ki, özünü “qoruya biləcək”.
Bəli, Ə.Kərimlinin bütün iddiaları yalan və şər-böhtandır. O indidən boykot havasına girməklə özünün “siyasi ömrünü” artıracağını fikirləşir ki, burada da səhv edir. Məğlubiyyətini əvvəlcədən planlaşdıran və öncədən özünü sığorta yolunu tutan Kərimli bu kimi şər-böhtan kampaniyası ilə demokratik inkişaf prosesinə ləkə vurmağa çalışır. Özünü “müxalifət” kimi qələmə verməyə çalışan bu xəyanətkar dəstə və onun başçısının unutduğu bir şey var - seçki siyasi təşkilatın varlığından xəbər verir, həmin təşkilatla xalq arasında körpü yaradır, etimadı yoxlayır və ən əsası məramı, niyyəti öyrənir. Əli Kərimli isə indidən bu cür siyasi aura yaratmaqla göstərir ki, başçılıq etdiyi “təşkilat” yalnız sənəd üstündə partiyadır, əsl siyasi missiya üçün yaranmayıb və şəxsi mənafeyə - Əli Kərimlinin maddi imkanlarını artırmağa xidmət edir. Digər tərəfdən, xalqın onu silib tarixin arxivinə atdığını bilir və bu cəhətdən də qarşıdan gələn siyasi hadisədən məhz bu yolla yayınmağa çalışır. Bütün bu komponentlərlə yanaşı, AXCP-nin məramsızlığı, konsepsiyasızlığı Əli Kərimlinin “ilgəyə keçən” yeridir. Onlar seçkidə iştirak etməməklə, seçki mühitinin yüksək səviyyədə olduğunu etiraf etməməklə özlərinin məramsızlıqlarını, konsepsiyasızlıqlarını Azərbaycan xalqına nümayiş etdirəcəklər. Bu isə onların siyasi sonudur.
Bəli, Azərbaycanın dövlət mənafeyini, milli maraqları satmağa hazır olan, yalnız şəxsi korporativ maraqlarını düşünən redikül azlıq maddi təminat qarşılığında yeni xəyanətlər üçün fürsət axtarmaqdadır. Amma onların bu arzuları sabun köpüyü kimi puç olur - hətta ermənipərəst mərkəzlər belə artıq onların yalanlarına inanmırlar. Çünki vaxtilə özünü “əsas müxalifət”, “ana müxalifət” adı ilə “bəzəyənlər” bu gün partiyasının seçkili orqanlarının iclasını keçirmək iqtidarında belə deyillər. Nəinki kütləvi aksiya keçirmək, hətta
üzvlərinin sayını müəyyənləşdirmək gücünə malik olmayan, heç bir strukturu fəaliyyət göstərməyən partiyaların fəaliyyəti sıfıra bərabərdir. “Siyasi meyid” statusu alan bu partiyalar artıq papka-partiyalara çevriliblər...
MƏNSUR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

