/ / Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib
Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib
22.05.2024 [17:50]
Baş Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair tələblərlə bağlı vətəndaşlara müraciət edib.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedurların həkim təyinatı əsasında həyata keçirilməli olduğu vurğulanıb: "Bundan əvvəl həmin prosedurun şəxsin həyat və sağlamlığına təsirinə dair müayinəsi aparılmalıdır. Proseduru icra edən həkim pasiyentdən bu müayinənin aparılmasını tələb etməlidir.
Plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedur son zərurət halında həyata keçirilməli, hər bir şəxs üzrə keçirilmiş prosedurların uçotu aparılmalı, növbəti dəfə müraciət edildikdə əvvəlki prosedurlar barədə məlumat verilməli və həkim tərəfindən yoxlanılmalıdır.
Estetik proseduru həyata keçirən şəxsin müvafiq tibbi təhsili olmalı, həmçinin bu sahədə ixtisaslaşmalıdır.
Plastik cərrahiyyə əməliyyatını aparan şəxsin ali tibbi təhsili olmaqla yanaşı, bu sahədə ixtisaslaşmalıdır.
Ali tibbi təhsil almadan həkim və ya həkim-kosmetoloq adından istifadə etmək yolverilməzdir.
Plastik, rekonstruktiv və estetik əməliyyatlar ixtisaslaşmış həkim personalı tərəfindən həyata keçirilməli, həmin əməliyyatlar ümumi cərrahiyyə ixtisasına malik olan həkim və tibb personalı tərəfindən aparılmalıdır.
Plastik, rekonstruktiv və estetik əməliyyatlar aparılan klinikalarda reanimatologiya xidmətlərinin tələb olunduğu zaman bu xidməti göstərən personal olmalıdır.
Plastik cərrahiyyə əməliyyatı və digər prosedurlar zamanı ölkə ərazisinə gətirilən müxtəlif tərkibli kosmetoloji vasitə və preparatların daşınması və tətbiqi xüsusi rejim tələb edir. Onların yararlılıq sertifikatları olmayan, keyfiyyətsiz və ya aşağı keyfiyyətli bir sıra vasitələrin istifadəsi ağır nəticələrlər verə bilər.
Həkim tərəfindən plastik və estetik prosedurların həyata keçirilməsi zamanı xəstəlik vərəqəsi və xəstəlik tarixi haqqında qanunvericliyin tələblərinin yerinə yetirilməsi zəruridir.
İstənilən invaziv müdaxilə zamanı, yəni insan bədəninə müdaxilə zamanı tibb vərqələri açılması təmin edilməli və “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə elektron sənəd formasında tərtib olunmalıdır".
Xəbər lenti
Hamısına bax
Sosial
15 İyun 23:21

Dünya
15 İyun 22:30

Dünya
15 İyun 21:25

Hadisə
15 İyun 20:34

Hadisə
15 İyun 19:23

Siyasət
15 İyun 18:32

YAP xəbərləri
15 İyun 17:11

Sosial
15 İyun 16:26

Dünya
15 İyun 16:15

YAP xəbərləri
15 İyun 16:00

Dünya
15 İyun 15:17

Sosial
15 İyun 14:30

Siyasət
15 İyun 13:49

Dünya
15 İyun 12:28

Gündəm
15 İyun 12:22

Dünya
15 İyun 11:47

Gündəm
15 İyun 11:40

Dünya
15 İyun 11:18

YAP xəbərləri
15 İyun 11:00

Dünya
15 İyun 10:35

Müsahibə
15 İyun 10:30

Gündəm
15 İyun 10:08

İdman
15 İyun 09:58

YAP xəbərləri
15 İyun 09:58

Hadisə
15 İyun 09:24

Dünya
15 İyun 08:39

Gündəm
15 İyun 08:26

Gündəm
15 İyun 08:06

Dünya
15 İyun 07:42

Gündəm
15 İyun 00:20

Dünya
14 İyun 23:11

İdman
14 İyun 22:35

Gündəm
14 İyun 21:09

Dünya
14 İyun 20:12

Siyasət
14 İyun 19:13

Gündəm
14 İyun 18:59

YAP xəbərləri
14 İyun 18:37

Dünya
14 İyun 18:28

Sosial
14 İyun 17:37

YAP xəbərləri
14 İyun 16:25

Xəbər lenti
14 İyun 16:23

YAP xəbərləri
14 İyun 15:43
YAP xəbərləri
14 İyun 14:21

YAP xəbərləri
14 İyun 13:59

YAP xəbərləri
14 İyun 13:17

Sosial
14 İyun 12:51

YAP xəbərləri
14 İyun 12:48

YAP xəbərləri
14 İyun 12:31

Mədəniyyət
14 İyun 12:27

MEDİA
14 İyun 12:15

Gündəm
14 İyun 12:10

Siyasət
14 İyun 12:05

Siyasət
14 İyun 11:52

MEDİA
14 İyun 11:38

Analitik
14 İyun 11:24

YAP xəbərləri
14 İyun 11:23

Analitik
14 İyun 11:00

YAP xəbərləri
14 İyun 10:55

Siyasət
14 İyun 10:26

Sosial
14 İyun 09:53

Elm
14 İyun 08:51

Ədəbiyyat
14 İyun 08:37

İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17

Dünya
13 İyun 21:53
YAP xəbərləri
13 İyun 21:29

İdman
13 İyun 21:14
