Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qəzza zolağında atəşkəsə dair Qahirə danışıqları bərpa olunur

Qəzza zolağında atəşkəsə dair Qahirə danışıqları bərpa olunur

23.05.2024 [16:07]

Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsə dair danışıqlar yaxın bir neçə saat ərzində Qahirədə yenidən başlayacaq. 

AZƏRTAC xəbər verir ki, bu barədə EFE agentliyi Misirin təhlükəsizlik xidmətindəki mənbələrə istinadla məlumat yayıb. Onların sözlərinə görə, İsrail tərəfi Misir hakimiyyətinə “Qəzzada atəşkəs və girovların mübadiləsi üzrə danışıqları bərpa etmək xahişi ilə” müraciət edib.

“The Times of Israel” yazır ki, İsrailin mesajı Qahirənin vasitəçi kimi danışıqlar prosesindən çıxmasının mümkünlüyü ilə bağlı bəyanatları fonunda daxil olub. Bundan əvvəl Misirin dövlət informasiya xidmətinin rəhbəri Diya Raşvan xəbərdarlıq etmişdi ki, Qahirə, səyləri şübhə altına alınarsa, münaqişənin həllində iştirakdan imtina edə bilər.

Mayın 9-da Qahirədə Qəzza zolağında atəşin dayandırılması üzrə danışıqların növbəti mərhələsi başa çatıb. Misir mediasının məlumatına görə, tərəflər bir sıra mübahisəli məsələlərdə konsensusa gəlmədən Qahirəni tərk ediblər.

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31