2024-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb
27.05.2024 [15:48]
2024-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri media təmsilçilərinin də iştirakı ilə MSK-nın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirib və siyahıların saxlanma şəraiti ilə tanış olublar.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən hər il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilir.
Bu istiqamətdə lazımi addımlar atıldıqdan və zəruri işlər görüldükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilir. Sözügedən prosesə bütövlükdə may ayının 30-dək yekun vurulur.
Cari il seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılması 2024-cü il fevralın 7- də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsinə təsadüf etdiyindən, MSK vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyan seçici siyahılarının dəqiqləşdirilməsini əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha da intensivləşdirib və qanunvericiliyin tələblərinə uyğun qaydada ardıcıl, sistemli tədbirlər həyata keçirib.
Belə ki, seçici siyahılarının dəqiqləşdirilməsi müddətində fərqli üsullarla silsilə təşviqat kampaniyası gerçəkləşdirildi, MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio yayımçıları, Komissiyanın rəsmi internet səhifəsi, onlayn media portalları və sosial media platformaları vasitəsilə müntəzəm nümayiş etdirilərək geniş miqyasda ictimailəşdirilib. O cümlədən birgə layihə çərçivəsində ilk dəfə "ASAN xidmət" mərkəzlərində yerləşən smart monitorlara seçici siyahılarına dair xidmət əlavə olundu ki, bu effektiv vasitə seçicilərə öz məlumatlarını yoxlamaq, düzəlişlərə ehtiyac yarandıqda yerindəcə sadə üsulla operativ şəkildə MSK-ya müraciət ünvanlamaq, habelə səs verəcəkləri məntəqəyə dair informasiya əldə etməyə imkan yaradıb.
Sadalanan məqsədyönlü layihələrlə yanaşı, dəqiqləşdirmə prosesində seçicilərin fəallığı, informasiya-kommunikasiya texnologiyalarının və media qurumlarının imkanlarından geniş istifadə olunması da görülən işlərin səmərəliliyinin yüksəldilməsində və siyahıların daha təkmil hazırlanmasında əhəmiyyətli rol oynadı. Onu da qeyd etmək lazımdır ki, aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvünün cəlb olunduğu dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

