Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Millət vəkili: "Tələbələr ixtisas seçimini mütəxəssislərlə etməlidirlər"

Millət vəkili: "Tələbələr ixtisas seçimini mütəxəssislərlə etməlidirlər"

07.06.2024 [09:30]

Hər il olduğu kimi, bu il də qəbul imtahanları cəmiyyətin müzakirə mövzusudur. Qəbul imtahanlarının cavabları çıxdıqdan sonra abituriyentlərin  qarşısında duran növbəti mərhələ düzgün ixtisas seçimi etməkdir. Mütəxəssislər bildirirlər ki, abituriyentlərin  həyatlarında ən ciddi seçimlərdən biri  olan bu mərhələdə  ali təhsil müəssisəsini və ixtisasını  diqqətlə  seçməlidirlər.

Milli Məclisin deputatı Ceyhun Məmmədov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, birinci mərhələdə yüksək bal toplayanlar çox olub: "Hesab edirəm bu, önəmli məqamlardan biridir. Onu da qeyd edim ki, tələbələr getdikcə  texniki sahələrə daha çox maraq göstərirlər. Lakin əvvəlki dövrlərdə  humanitar fənlərə üstünlük verirdilər".

Millət vəkilinin sözlərinə görə  texniki sahələrinin  inkşaf etdiyini  nəzərə alsaq tələbələrin doğru seçimdə olduğunu görərik: "Bundan əlavə kompüter elmləri, IT  və Data sahələrinə də  daha geniş meyl gözlənilir. Qeyd edim ki, sadaladığım sahələr  təkcə ölkəmizdə yox, bütünu dünyada inkşaf etməkdədir. Tələbəlik illərinə daxil olarkən  gənclərimiz də çalışmalıdırlar ki, ixtisas seçimini düzgün etsinlər. Bu zaman   onların üzərinə böyük məsuliyyət düşür. İxtisas seçimində daha diqqətli olmaq üçün mütəxəssislərlə məsləhətləşməyi tövsiyə edirəm".

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30