Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

08.06.2024 [09:25]

Azərbaycan BMT Baş Assambleyası tərəfindən qurumun İqtisadi və Sosial Şurasına üzv seçilib. 

AZƏRTAC-ın məlumatına görə, keçirilən rəqabətli səsvermədə Azərbaycan 148 səslə üzvlük haqqını qazanıb və 2025-2027-ci illər üzrə 3-cü dəfə Şuranın üzvü olacaq. 

İlk dəfə 2003-2005-ci illərdə, ikinci dəfə 2017-2019-cu illərdə İqtisadi və Sosial Şuranın üzvü olub. Azərbaycanla yanaşı, daha 20 ölkə Şuraya üzv seçilib.

İqtisadi və Sosial Şura BMT-nin 6 əsas orqanından biridir. Şura 1945-ci il iyunun 26-da qurulub və BMT Nizamnaməsinə əsasən qurumun 15 ixtisaslaşmış təşkilatının, 9 funksional və 5 regional komissiyalarının iqtisadi və sosial sahədə fəaliyyətlərini əlaqələndirir.

Azərbaycanın bu gün rəsmən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP) sədr vəzifəsinin icrasına başlaması ilə yanaşı, BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təzahürüdür.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30