Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / VİP üzvlərindən Əli Əliyevə etiraz

VİP üzvlərindən Əli Əliyevə etiraz

16.11.2021 [13:42]

"Biz özümüz onu partiyadan iti qovan kimi qovacağıq"

Vətəndaş və İnkişaf Partiyasının "sədri" Əli Əliyevin noyabrın 14-də "Osmanqızı TV"də  öz partiyadaşlarını təhqir etməsi böyük etiraz yaradıb. Xatırladaq ki, "Osmanqızı TV"də VİP üzvlərinin bəzilərini "köstəbək" adlandıran Ə. Əliyev onların partiyadan "iti qovan kimi" qovacağını deyib. Partiya sədrinin bu ifadələri isə VİP-də təmsil olunan bir sıra şəxslərin etirazına səbəb olub. 
Qeyd edək ki, bununla bağlı müraciət etmiş VİP üzvləri Ə.Əliyevin təhqiramiz ifadələrini onun özünə şamil ediblər. Bildirilib ki, partiyanın üzvləri artıq bu məsələ ilə bağlı qərar da qəbul ediblər. Qərarda bildirilir ki, Ə.Əliyevin normal insana xas olmayan qeyri-etik ifadələr işlətməsi onun partiya sədri kimi fəaliyyətini davam etdirməsinə imkan vermir. O da vurğulanıb ki, partiya üzvləri Ə.Əliyevin özünü partiyadan "iti qovan kimi qovmaq"la bağlı qəti fikrə gəliblər. 

S.İsmayılzadə


Paylaş
Baxılıb: 249 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31