Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Ümummilli Liderin formalaşdırdığı möhkəm təməllər üzərində inkişaf edir

Azərbaycan Ümummilli Liderin formalaşdırdığı möhkəm təməllər üzərində inkişaf edir

13.12.2021 [15:58]

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova

-Sədaqət xanım, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü qeyd edilir. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü xalqına, dövlətinə xidmət nümunəsidir. Azərbaycanın bu günündən o illərə bir daha nəzər salmağınızı istərdik...

-Ümumiyyətlə, hər bir xalqın, dövlətin dahi şəxsiyyətləri olur. Azərbaycan xalqının xoşbəxtliyi də ondan ibarətdir ki,  bu millətə,  xalqa  Nizami, Füzuli, Nəsimi kimi dahilərlə bərabər,  Heydər Əliyev şəxsiyyəti  bəxş olunub. Xoşbəxt  insanam ki, ulu öndər Heydər  Əliyevin Azərbaycan KP MK-nin Birinci katibi  seçildiyi 1969-cu ildən əmək fəaliyyətinə başlamışam.  Həyatım boyu ulu öndər Heydər Əliyevdən öyrənmişəm. Onu həyatımda müəllim kimi dəyərləndirirəm. Ümummilli Liderdən danışmağı, idarə etməyi, işə münasibəti, hər bir şeyə həssas yanaşmanı öyrəndim. Onun müəyyən yığıncaqlarda, plenumlarda, toplantılarda çıxışlarını dinləmişəm. Ulu Öndərin çıxışları heç zaman bir-biri ilə üst-üstə düşmürdü. Hər zaman yeni fikir söyləyirdi. Belə təsadüf olub ki, həmin dövrdə Əli-Bayramlı  Şəhər Partiya Komitəsinin İdeoloji məsələlər üzrə  katibi, sonra Xalq Nəzarət Komitəsinin sədri, daha sonra Xalq Deputatları Sovetinin sədri işləmişəm.

   Azərbaycanın  müstəqilliyini  bərpa etdikdən, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra  1995-ci ildə Əli-Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundum. 10 il ulu öndər  Heydər Əliyevin rəhbərliyi altında  fəaliyyət göstərdim. Bu illəri həyatımın ən xoşbəxt anları hesab edirəm. Belə dahi şəxsiyyətin komandasında çalışmaq mənim üçün qürurverici idi. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasında da xüsusi fəallıq göstərmişəm.  

  Ümummilli Lider haqqında  danışmaq həm çətin, həm də  asandır. Heydər Əliyevin zahiri görünüşü zəhmli, ondan  çəkinəcək bir formada idi. Əli-Bayramlı Şəhər İcra Hakimiyyətinə  başçı təyin olunarkən ulu öndər  Heydər Əliyevlə saaat yarım söhbətimiz olub. Özümü o qədər rahat hiss etdim ki, fikrimi sərbəst bildirdim.  Heydər Əliyev elə bir mühit, şərait yaradırdı ki, insan sərbəst şəkildə ünsiyyət qura bilirdi. Ümummilli Liderin  zəhmi, idarəçiliyi ilə yanaşı,  çox xoş, mülayim  tərəfi var idi ki, insan onunla ünsiyyətdə olanda  duyğularını səmimi  ifadə edə bilirdi.  Heydər Əliyev belə bir şəxsiyyət idi.

 Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün xarakterik xüsusiyyətlərindən biri bu idi ki,  insanda işləmək üçün stimul var idi.  Elə bir mühit yaradılmışdır ki, hər birimiz işimizdə fərqlənmək istəyirdik. O şəxsiyyətin qarşısında gödüyün iş barədə hesabat verəndə bu böyük şərəf idi. Stimul nədən ibarət idi? Yaxşı  işləyəni qiymətləndirirdi. Ulu öndər Heydər Əliyevin dövründə nə qədər Sosialist Əməyi Qəhrəmanları, müxtəlif mükafat alanlar var idi. Qadınların parlamendə, idarəçilikdə təmsil olunması diqqətdə idi.  Heydər Əliyev əhalinin hər bir təbəqəsinə ayrıca diqqət yetirirdi. Qadınların, gənclərin inkişafına, ictimai-siyasi proseslərdə fəal iştiraklarına xüsusi diqqət göstərilirdi. Uşaqlara diqqət və qayğı prioritet idi. Onları gələcəyimiz kimi dəyərləndirirdi. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bugünümüzün təməlləri o dövrdə qoyulmuşdur.

  Ən vacib məsələlərdən biri  korrupsiya ilə mübarizə idi.  Ulu öndər Heydər Əliyev işinə laqeyd,  səhlənkar yanaşanları qətiyyən sevməzdi.  Ancaq o insanlara qiymət verərdi ki,   işinə məsuliyyətlə yanaşır, yeni təşəbbüslərlə çıxış edir.  Ulu öndər üçün hər bir sahə önəmli idi. Ölkənin hərtərəfli inkişafına çalışırdı.  İnsanlarla görüşməyi, onlarla səmimi ünsiyyət qurmağı sevirdi. Bir sözlə, ulu öndər Heydər Əliyev böyük azərbaycanlı idi. Azərbaycanını, xalqını canından artıq sevir və daim gələcəyi barədə düşünürdü.

-Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə  rəhbərliyi altında çalışmısınız. Qadınların irəli cəkilməsindən, onlara diqqətin  göstərilməsindən bəhs etməyinizi istərdik...

-Ulu öndər Heydər Əliyev qadınlara inanır və  onlara çox etibar edirdi.  Onun 1993-ü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  yeni təyinatlara diqqət yetirsək görərik ki,  7 rayonun rəhbəri  qadın idi. O qadınlar  ki, Ümummilli Liderin hakimiyyətinin birinci dövründə  yetişən idilər.  İndi sual edirlər ki,  niyə rəhbər vəzifələrdə qadınlar azdır? Təbii ki, qadınlar yetişməlidirlər. Heydər Əliyevin  hakimiyyətinin birinci övründə yetişən qadınlar müstəqilliyimizin bərpasından sonrakı illərdə hakimiyyət strukturlarında təmsil olundular.   Bu gün də  həmin  proses davam edir, qadınların fəallığı artırılır. Onlar arasında gənc nəsil çoxluq təşkil edir. Gənclərimizin xarici təhsilinə xüusi diqqət göstərilir.  Təhsillərini başa vurub ölkəyə qayıtdıqdan sonra dövlət  idarəçiliyi sisemində təmsil olunurlar. Bu günün tələbi başqadır. Dövr, zaman dəyişir. Kadrların xarici dili, texnologoyaları bilməsi, daha geniş təfəkkürə, dünyagörüşə  malik olmaları vacibdir.  Çünki biz beynəlxalq aləmdə fəaliyyət göstəririk.  Dünyaya çıxış üçün xüsusi kadrlar lazımdır.

Mən özümün timsalında qadınlara necə diqqət və qayğı göstərildiyini deyə bilərəm.  O zaman proporsional seçki sistemi idi.  Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri arasında  mənim də adım var idi.  Ulu öndər Heydər Əliyev  məni qəbul edib “sənin namizədliyini irəli sürmüşük, buna necə baxırsan” sualı ilə müraciət edəndə  cavabım ulu öndər üçün gözlənilməz olmuşdu. Mən hansı səbəbdən pis baxdığımı açıqladım. Dedim bu mənim üçün əlçatmaz zirvədir, böyük arzudur. Bəzən arzu ilə imkanlar üst-üstə düşmür.  Mən anayam, 4 övladım var. Onların qayğıları var. Mənim cavabın Ümummilli Lideri çox düşündürdü.  Saat yarım söhbət etdik. Əli-Bayramlı şəhərinin tarixindən,  bu günündən danışdıq. Bildirdi ki,  get, sabah yenidən səni qəbul edəcəm. Ulu Öndər ertəsi gün məni yenidən qəbul etdi və  qərarı bu oldu ki, səni Əli- Bayramlı şəhərinə icra başçısı təyin edirəm. Həm ailənin qayğıları ilə məşğul ol, həm də dövlətçiliyi qoru. Onu da qeyd etdi ki,  bu vəzifənin  öhdəsindən gələcəksən. Ulu öndər Heydər Əliyev kadrların yetişdirilməsinə və irəli çəkilməsinə  xüsusi diqqət göstərirdi.

-1993-2003-cü illər Azərbaycan tarixində daha hansı uğurlarla  yadda qalıb?

 -Ulu öndər zəngin dövlətçilik təcrübəsinə, idarəçiliyə malik  insan idi. Onun uzaqgörənliyi ölkəmizin inkişafında əhəmiyyətli rol oynayıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda artıq  nəyi necə etmək lazım olduğunu bilirdi.  İlk  növbədə sabitliyi təmin etdi.  Ulu öndər bildirirdi ki, Azərbaycan xalqı müdrik xalqdır, ona arxalanaraq bütün işləri görmək mümkündür. Sabitliyi təmin etməklə yanaşı,  cəbhə xəttində atəşkəsə nail olundu. Bu mühüm addım “Əsrin müqaviləsi”nin imzalanmasına da yol açdı.  Çünki ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, şirkətlərin  tərəddüdlərinə heç bir səbəb yox idi. İqtisadiyyatın dirçəldilməsinə başlanıldı. Bütün sahələrdə inkişaf prosesi başladı və 2003-cü ilə qədər davam etdi.  Azərbaycanın beynəlxalq müstəvidə  böyük imici formalaşdırıldı. Ulu Öndər  bütün ölkələrə səfər etdi. Azərbaycan haqqında dolğun məlumatlar verməklə yanaşı, bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti,  Azərbaycanın haqlı tərəf olduğu beynəlxalq ictimaiyyətə çatdırıldıdı.

- Sədaqət xanım, 2003-cü ildən bu günədək olan dövrü necə xarakterizə edərdiniz? Ümummilli Liderin formalaşdırdığı azərbaycançılıq ideologiyasının uğurlarımızda rolunu necə görürsünüz?

- 2003-cü ildən ölkə Prezidenti İlham Əliyev bütün sahələrdə Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan daha da inkişaf edir, güclənir, qüdrətlənir. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, gənclərimizin torpaq, Vətən sevgisi Zəfərimizdə böyük rol oynadı. Dövlət başçısı İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini gənclərimizə diqqət və qayğıda da nümayiş etdirir.  

   Azərbaycançılıq gənclikdə öz təzahürünü tapdı. Gənclik  elə ruhda tərbiyə olundu ki, torpaq, Vətən sevgisi artdı. Birinci  Qarabağ müharibəsində fərarilər var idi. Amma İkinci Qarabağ savaşında gənclik elə hazırlaşmışdır ki,  yaralı əsgər yarasını sarıyıb yenidən döyüş meydanına atılırdı. Ölümün gözünə dik baxırdı. Bu,  azərbaycancılıq ideologoyasının kuliminasiya nöqtəsi idi.   

Paylaş
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31