“İrəli” gəncləri Müzəffər Ali Baş Komandanı təbrik ediblər
23.12.2021 [17:26]
2008-ci il 24 dekabr tarixində cənab Prezident İlham Əliyevin doğum günündə təsis olunan “İrəli” İctimai Birliyi dekabrın 22-də 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan hesabat konfransı keçirib. Konfrans başlamazdan öncə təşkilatın rəhbərliyi, idarə heyətinin üzvləri və “İrəli” gəncləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin və ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.Konfransda rəsmi şəxslər, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri, həmçinin Birliyin üzvləri iştirak ediblər.
Konfransda Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarınınanadan olmasının 60-cı ildönümü münasibətilə “İrəli” İctimai Birliyi tərəfindən Müzəffər Ali Baş Komandana təbrik məktubu oxunub. Məktubda qeyd olunub: “Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə yüksək vətənpərvərlik ruhunda yetişən gənclər Ali Baş Komandan kimi Sizin rəşadət və qətiyyətinizə arxalanaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək, qazi və şəhidlik adını özlərinə şərəf bildilər. “İrəli” İctimai Birliyi olaraq, bütün Azərbaycan gəncləri adından bəyan edirik ki, həmişə olduğu kimi, azad edilmiş torpaqların bərpası prosesində də Sizin ətrafınızda sıx birləşmişik və gələcək zəfərlərə gedən yolda əmrinizə müntəzirik”.
Daha sonra “İrəli” İctimai Birliyinin cari ildəki fəaliyyətinə dair təqdimat konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Hesabat məruzəsi ilə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı 2021-ci ilin təşkilat üçün əvvəlki illərlə müqayisədə kifayət qədər məhsuldar il olduğunu, Birliyin təsis olunmasının 13-cü ildönümündə 16 genişmiqyaslı layihənin icrasının uğurla başa çatdırıldığını bildirib. Qeyd olunub ki, həyata keçirilmiş layihələr çərçivəsində 13236 nəfərin müraciətinə baxılıb, 7000-ə yaxın gənc layihələrdə iştirak hüququ qazanıb, 15 gəncin beynəlxalq layihələrə çıxışı təmin olunub. Əlamətdar günləridə əhatə edən 27 tədbir keçirilib, ümumilikdə 1300-dən çox gənc görüşlərdən yararlanıb.
Fəaliyyətinin daha geniş auditoriyaya çatması məqsədilə Birliyin mətbuat orqanları ilə də sıx əməkdaşlıq etdiyini qeyd edən “İrəli” sədri təşkilatın hər zaman dövlət gənclər siyasətinin müddəalarını rəhbər tutduğunu və fəaliyyətini bu istiqamətdə qurduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, dövlət başçısının gənclərə inam və etimadından ilhamlanaraq Birliyin daha böyük əzmlə çalışacağı və əlindən gələn töhfəni əsirgəməyəcəyini vurğulayıb.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva fəaliyyətinin 13-cü ildönümü münasibətilə “İrəli” İctimai Birliyinin kollektivini təbrik edib, təşkilatın ölkəmizdə gənclərin Vətənə sadiq ruhda yetişməsi, onların hərtərəfli inkişafı məqsədi ilə keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışı zamanı “İrəli” İctimai Birliyinin ölkənin və regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri kimi faəliyyətini uğurla davam etdirdiyini, əsas istiqaməti vətənpərvərlik olan təşkilat üzvlərinin Vətən müharibəsi zamanı istər ön, istərsə də arxa cəbhədə fərqləndiklərini bildirib.
Konfransın yekununda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumlar təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20

