Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

29.12.2021 [22:35]

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan:

- Hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz illərdə ölkə iqtisadi və sosial həyatın bütün sahələrində həqiqətən böyük nailiyyətlər əldə edib, bütün dünyada nüfuzlu və hörmətli dövlətə çevrilib. Vətənə hədsiz dərəcədə sevgi və onun maraqları naminə yorulmadan xidmət Sizə həmvətənlərinizin böyük hörmətini qazandırıb. Sizin kimi nüfuzlu liderin doğum gününün Azərbaycanın bütün vətəndaşları üçün əlamətdar gün olduğuna əminəm.

Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

***

Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanovdan:

- Cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Siz türk dünyasının ən böyük liderlərindən birisiniz.

Siz Axıska türklərinə ən çətin zamanlarda kömək etmisiniz, Azərbaycanın sürətli inkişafı, gücləndirilməsi və dünyaya tanıdılması üçün böyük xidmətlər göstərməkdə davam edirsiniz.

Siz qətiyyətli liderliyiniz, iradəniz, dəmir yumruğunuz sayəsində Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etdiniz. Sizin əzmkarlığınız nəticəsində Qarabağın yenidən qurulması prosesi başlayıb.

Hörmətli Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağına inamımız qətidir.

Dünya Axıska Türkləri Birliyinin İdarə Heyətinin üzvləri və bütün Axıska türkləri adından Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə uzun ömür, cansağlığı, xoşbəxtlik, firavanlıq diləyirəm.

***

Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğından:

- Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) adından səmimi-qəlbdən təbrik edirik.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanın qızıl hərflərlə ən yeni şanlı tarixi yazıldı. Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu sevincli günləri bizə bəxş etdiyinizə görə Sizə bir daha sonsuz təşəkkürümüzü bildiririk. Sizin şücaətləriniz tarixə qızıl hərflərlə həkk olunacaq, əsrlər keçsə də Azərbaycan xalqı Sizi minnətdarlıqla xatırlayacaq. Hər bir azərbaycanlı Sizin rəhbərliyiniz altında olan ölkədə yaşadığı üçün daim dərin fəxarət hissləri keçirəcək.

Sizin rəhbərliyinizlə Azərbaycanda iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi yolu ilə sürətli inkişaf siyasətini dəstəkləyir, Sizə bu yolda Uca Allahdan daha çox güc və səbir verməsini arzulayırıq.

Respublikanın hərtərəfli inkişafı istiqamətində uğurlu fəaliyyətiniz, ordu quruculuğunun yüksək səviyyədə təşkili, təhsilə, idmana və digər önəmli sahələrə qayğınız, xalqın rifah səviyyəsinin yüksəldilməsinə verdiyiniz töhfələr danılmazdır.

Siz Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq xarakteri kəsb edən ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi töhfə verirsiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq bu siyasəti daim dəstəkləyəcəyimizə Sizi əmin edirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik.

Ölkəyə və bəşəriyyətə xidmət amalı ilə qədəm qoyduğunuz yeni yaşınızı bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

***

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının rektoru Qurban Qurbanovdan:

- Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının bütün kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

Siz dövlət başçısı olduğunuz müddətdə Azərbaycanda və xaricdə milyonlarla həmvətəninizin səmimi rəğbətini və hörmətini, çox böyük nüfuz qazanmısınız. Sizi haqlı olaraq nümunəvi güclü lider, müdrik siyasətçi və istedadlı dövlət xadimi hesab edirlər.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın artımının təmin edilməsi, sosial sahənin, mənəvi dəyərlərin və vətənpərvərliyin inkişafı, xalqın milli maraqlarının tam qorunması Sizin adınızla bağlıdır.

Sizin qətiyyətli qərarlarınız sayəsində Azərbaycan Respublikasının müasir siması formalaşıb, mühüm dəyişikliklər həyata keçirilib. Təhsilin və elmin inkişafı məsələlərinə göstərdiyiniz diqqətə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq, Azərbaycan dövlətinin və xalqının rifahı naminə yeni-yeni uğurlar və zəfərlər arzu edirəm.

***

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru İlqar Paşazadədən:

- Zati-aliləri,

Siz öz vəzifənizi yorulmadan və şərəflə yerinə yetirərək bütün həyatınızı xalqımıza və dövlətimizə həsr etmisiniz. Siz öz gücünüzü, enerjinizi, vaxtınızı, həyat və dövlətçilik təcrübənizi və biliklərinizi dövlətimizin və onun sakinlərinin rifahına sərf edirsiniz.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq birliyin tanınmış və nüfuzlu üzvü, regionda sülhün və sabitliyin qarantı kimi dünyada layiqli yer tutur. Siz, dünyamiqyaslı siyasi xadim kimi, öz üzərinizə götürdüyünüz öhdəliklərin yerinə yetirilməsində, milli və beynəlxalq layihələrin gerçəkləşməsində müdriklik və əzmkarlıq nümayiş etdirirsiniz. Sizin ölkənin iqtisadi inkişafına, yüksək mənəvi və əxlaqi ab-havanın qorunub saxlanmasına, mədəniyyətin, elmin və təhsilin inkişafına yönəlmiş planlarınızın həyata keçirilməsi sayəsində bütün sahələrdə güclü artım müşahidə olunur, bu da vətəndaşlarımızın rifahına müsbət təsir göstərir. Sizin əzmkarlığınız və qətiyyətiniz sayəsində rəşadətli Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa etdi, beynəlxalq hüququn normalarına uyğun olaraq Qarabağı Azərbaycanın yurisdiksiyasına qaytardı. Məhz Sizin Ali Baş Komandan kimi öz xalqını birləşdirmək və səfərbər etmək qabiliyyətiniz Azərbaycanı Vətən müharibəsində zəfərə çatdırdı. Bütün xalqımız Sizi xilaskar kimi görərək öz müdrik liderinin ətrafında sıx birləşdi, lider də xalqımızın böyüklüyünü bütün dünyaya nümayiş etdirdi.

Əzmkarlığınız, uzaqgörənliyiniz, qətiyyətiniz sayəsində mümkün olmuş möhtəşəm Qələbəyə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Bu Qələbə bütün xalqların mənafeyi naminə regionun inkişafı və əməkdaşlığı üçün böyük imkanlar yaradıb.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə öz tarixinin yeni, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı zəminində qurulmuş qızıl dövrünü yaşayır. Biz "Mir" və "Mir-24" telekanallarında öz verilişlərimizdə Sizin ölkəmizin hərtərəfli inkişafı və həmvətənlərimizin vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi istiqamətində atdığınız addımlar barədə qürurla söhbət açırıq. Sizin sayənizdə vətənpərvərlik dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün sadəcə söz deyil, öz Vətənimizlə, öz qələbəmizlə, öz liderimizlə qürur duymağa imkan verən əlaqələndirici qüvvə olub.

Siz öz dahi atanız, ulu öndər Heydər Əliyevin işinin layiqli davamçısı kimi KİV-lərin, o cümlədən teleradioların inkişafına daim diqqət yetirir, öz peşəkar fəaliyyətində fərqlənmiş jurnalistlərin yüksək dövlət təltiflərinə layiq görülməsi barədə hər il sərəncamlar imzalayırsınız. Məsələn, hörmətli cənab Prezident, 2010-cu ildə Siz məni Azərbaycanın Əməkdar jurnalisti fəxri adı, 2016-cı ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmisiniz. 2011-ci il fevralın 16-da "Mir" telekanalına verdiyiniz müsahibədə bizim MDB xalqları arasında dostluğun möhkəmlənməsinə və dərinləşməsinə yönəlmiş fəaliyyətimizi yüksək qiymətləndirmisiniz. Çox sağ olun.

Öz adımdan və "Mir" Dövlətlərarası Teleradio Şirkətinin bütün çoxmillətli kollektivi adından Sizi 60 illik yubileyinizlə əlaqədar ürəkdən təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə çətin işinizdə uğurlar, Sizə və gözəl ailənizə xoşbəxtlik və firavanlıq arzu edirəm.

***

Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı "Azərbaycan Konqresi" Milli-Mədəni İctimai Təşkilatının sədri Mərdan Novruzovdan:

- Hörmətli cənab Prezident.

Hörmətli İlham Heydər oğlu.

Uzaq Şərqin Azərbaycan diasporu adından yubileyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Sizin prezidentliyiniz illərində Azərbaycanın bütün sahələrdə firavanlaşan ölkəyə çevrilməsində ümummilli lider kimi rolunuz şəksizdir.

Bütün sosial-iqtisadi məsələlər kompleksi Sizin daimi nəzarətinizdədir, həyat fəaliyyətinin müxtəlif sahələri modernləşdirilir, ölkənin ənənələri və mədəniyyəti qorunub saxlanılır. Sizin peşəkarlığınız, ictimai-siyasi və idarəçilik fəaliyyətinizdə zəngin təcrübəniz, əməksevərliyiniz, həqiqi vətənpərvərliyiniz qarşıya qoyulmuş hədəflərə nail olmaqda, Azərbaycan vətəndaşlarının rifahı naminə işinizdə Sizə kömək edir.

Biz azərbaycanlılar fəxr edirik ki, bizim Prezidentimiz dünyanın böyük siyasətçiləri sırasındadır, Qarabağ müharibəsində qalib gəlib, Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və bu gün Azərbaycan dünyada ən mühüm siyasi proseslərin gedişini müəyyən edir.

İcazə verin, Sizə səmimi-qəlbdən firavanlıq, dövlətçiliyin daha da möhkəmləndirilməsi işində hərtərəfli uğurlar, ailə xoşbəxtliyi, cansağlığı və başınız üzərində aydın səma arzularımızı bildirim. Qoy Sizin bilikləriniz, əzmkarlığınız və məqsədyönlülüyünüz doğma xalqımızın rifahı naminə səmərəli işinizin etibarlı təməli olsun, Azərbaycanı daha böyük uğurlara və nailiyyətlərə doğru aparsın!

***

Rusiyada fəaliyyət göstərən Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımovdan:

- Hörmətli İlham Heydər oğlu.

Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatı adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan dinamik inkişaf edir, ölkədə iqtisadi, sosial və mədəni inkişaf məsələləri həll olunur. Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dostluq münasibətləri mövcuddur, ölkədə müxtəlif millətlər və konfessiyalar arasında həmrəylik qorunub saxlanılır. Azərbaycanın Cənubi Qafqazda liderliyinə görə, milli ideyanın dirçəldilməsini və şübhəsiz, Rusiyadakı diaspor təşkilatlarını dəstəklədiyinizə, həmçinin ölkələrimiz arasında münasibətlərin inkişafına görə Sizə təşəkkür edirik.

Bu gün, ilk növbədə, Sizə bir dövlət başçısı kimi daha çox güc və qüvvət, siyasi fəaliyyətinizdə uğurlar arzu edirik. Biz əminik ki, Sizin peşəkarlığınız, məqsədyönlülüyünüz və əzmkarlığınız Azərbaycan Respublikasının daha da inkişafına, firavanlaşmasına və güclənməsinə şərait yaradacaq.

***

Rusiyada fəaliyyət göstərən “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri İslam Hüseynovdan:

- Möhtərəm İlham Heydər oğlu.

“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatı adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin Azərbaycan Respublikasının inkişafına, onun iqtisadi və mədəni yüksəlişinə yönəlmiş bütün səyləriniz lazımi dəstək qazanır. Sizin bilikləriniz, təcrübə və müdrikliyiniz cəmiyyətdə birlik və həmrəyliyin daha da möhkəmlənməsinə kömək edir.

Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına görə Ulyanovsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlıların səmimi təşəkkürünü qəbul edin.

Azərbaycan Respublikası ilə Ulyanovsk vilayəti arasında dostluq və işgüzar tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildirmək istərdik.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, nikbinlik və gümrahlıq, Azərbaycan Respublikasının rifahı naminə yaradıcılıq enerjisi və aktiv fəaliyyət arzulayır, Sizə və yaxınlarınıza xoşbəxtlik və firavanlıq diləyirik.

***

Rusiya Dövlət Dumasının deputatı Sergey Mironovdan:

- Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin.

Sizin böyük təcrübəniz və peşəkarlığınız, aktual problemləri dərhal görmək və zamanın çağırışlarına cavab vermək bacarığınız sayəsində Azərbaycan bu gün sosial-iqtisadi potensialını artırmaqda davam edir, beynəlxalq arenada mövqelərini inamla gücləndirir.

Əminəm ki, Sizin uzaqgörən və savadlı siyasətiniz ölkənizə daha böyük qələbələr gətirəcəkdir.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, vətəndaşlarınıza sülh və firavanlıq arzulayıram.

***

Rusiyanın Sverdlovsk vilayətindəki "Azərbaycan-Ural" İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinskidən:

- Möhtərəm cənab Prezident.

Rusiya Federasiyasının Ural Federal Dairəsinin çoxsaylı Azərbaycan icması adından və şəxsən öz adımdan Sizə ehtiramımızı bildirir, Sizi hər bir azərbaycanlı üçün əlamətdar olan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik.

Sizin insani keyfiyyətləriniz, siyasi iradəniz, təşəbbüskarlığınız, enerjiniz, peşəkarlığınız həm xalq, həm də dövlət rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.

Sizin Azərbaycan Respublikasının firavanlığı, onun iqtisadiyyatının və mədəniyyətinin inkişafı istiqamətindəki səyləriniz lazımınca dəstəklənir.

Arzu edirəm ki, sevimli Azərbaycanımızın bundan sonra da sosial-iqtisadi inkişafına, həmvətənlərimizin həyat səviyyəsinin yaxşılaşmasına yönəlmiş fəaliyyətinizdə həmişə uğur qazanasınız.

Qoy Sizin bilikləriniz, təcrübəniz, müdrikliyiniz dünyada birliyin və həmrəyliyin möhkəmlənməsinə, tarixən bizə dost, tərəfdaş olan Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin daha da genişlənməsinə şərait yaratsın! Biz azərbaycanlılar Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir, bütün Azərbaycan xalqının mənəvi birliyi və gücünə görə qürur və sevinc duyuruq.

Milyonlarla həmvətənimizin arzusunu həyata keçirməyinizi - öz əzmkar qərarlarınızla və fəaliyyətinizlə Azərbaycanın əzəli, 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etməyinizi bizə böyük hədiyyə hesab edirik. İndi biz cəsarətlə bəyan edə bilərik ki, Azərbaycan xalqı qalib xalqdır.

Biz bilirik ki, Siz həmişə öz xalqınıza inanırsınız və Sizin digər şəxsi keyfiyyətlərinizlə bərabər məhz bu inam bütün qələbələrin mənbəyi və rəhni olub, yenə də belədir.

Bütün Azərbaycan xalqı indi rahat yatır, çünki ölkəmiz bu cür qayğıkeş və etibarlı əllərdədir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik.

Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik.

Yaşasın müstəqil Azərbaycan, yaşasın Ali Baş Komandan!

Yubileyiniz mübarək, cənab Prezident!

***

Rusiyadakı Voloqda Kafedral Məscidinin Ağsaqqallar Şurasının üzvü Əfqan Sultanov və Voloqda Kafedral Məscidinin imamı Aqil-həzrət Abışovdan:

- Hörmətli İlham Heydər oğlu.

Rusiyanın Voloqda vilayətinin müsəlman icması Voloqda Kafedral Məscidinin Ağsaqqallar Şurasının üzvləri və Voloqda vilayəti Azərbaycan icmasının liderlərinin adından Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir.

Azərbaycanın iqtisadi potensialının artırılmasına, ölkədə sosial sabitliyin möhkəmlənməsinə verdiyiniz şəksiz töhfəni, qonşularla əlaqələrin möhkəmlənməsinə və Qarabağda sülhün bərqərar olmasına yönəlmiş müdrik xarici siyasətinizi yüksək qiymətləndiririk.

Rusiyanın şimalının, Voloqda diyarının çoxsaylı Azərbaycan icması - həkimlər, müəllimlər, sahibkarlar öz tarixi vətənləri - günəşli və qonaqpərvər Azərbaycanın firavanlaşmasını səmimi-qəlbdən arzu edirlər. İnşallah, Azərbaycan Sizin rəhbərliyinizlə dünyada əmin-amanlıq adasına çevriləcək.

Sizə və ailənizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, sağlam və uzun ömür, Uca Tanrının mərhəmətini diləyirik.

***

Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Abbasov:

- Möhtərəm cənab Prezident.

Ukraynanın Kiyev şəhərində fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bütün kollektivi adından Sizi yubileyiniz münasibətilə təbrik edirik.

İcazə verin, Sizə möhkəm cansağlığı və Prezident kimi Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə uğurlar diləyək.

Siz dahi atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yolunun davamçısı kimi, ölkənizi inamla firavanlığa və dövlətçilik əsaslarının möhkəmləndirilməsinə doğru aparırsınız.

Sizin rəhbərliyinizlə Azərbaycanda milli iqtisadiyyatın və sosial sahənin inkişafına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirilir. Respublikanın regionda və beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə möhkəmlənib. Sizin rəhbərliyiniz dövründə Azərbaycan özünün ən böyük arzusunu həyata keçirib - ölkənin əzəli tarixi torpaqları öz sahibinə qaytarılıb. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə də sanballı uğurlar qazanıb. Azərbaycan gələcəyə cəsarətlə baxır və heç şübhəsiz, bu da Sizin xidmətinizdir.

***

Ukraynada fəaliyyət göstərən Odessa Azərbaycanlıları Diasporunun “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevdən:

- Hörmətli cənab Prezident.

Mən Odessa Azərbaycanlıları Diasporunun “Birlik” İctimai Təşkilatının rəhbəri kimi Odessada yaşayan azərbaycanlılar adından Sizi doğum gününüz münasibətilə təbrik etmək şərəfinə nail olduğuma görə sevinirəm. İcazə verin, Sizə möhkəm cansağlığı və böyük ailə səadəti arzulayım.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuz qazanaraq regionun ən inkişaf etmiş ölkəsinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi çox qiymətlidir və Sizin sayənizdə dünyada yaşayan bütün azərbaycanlıların şüarına çevrilib.

Bütün azərbaycanlıların Prezidenti kimi hər şeyə görə Sizə təşəkkür edirik.

***

Gürcüstanda fəaliyyət göstərən “Aktual Media” təşkilatının təsisçisi və baş direktoru İlkin Hüseynovdan:

- Hörmətli cənab Prezident.

Gürcüstanda fəaliyyət göstərən “Aktual Media” təşkilatı və onun azərbaycandilli “Aktual.ge” xəbər portalının kollektivi adından, şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə təbrik edirəm.

Cənab Prezident, Siz dünya azərbaycanlılarına, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərirsiniz. Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Respublikasının hər keçən gün inkişaf etməsi, güclənməsi Gürcüstandakı soydaşlarımıza böyük sevinc yaşadır. Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusunun işğal altındakı əzəli torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi münasibətilə Zati-alinizi xüsusi olaraq təbrik edirəm.

Cənab Prezident, yubileyiniz mübarək olsun!

Uca Allah Sizə möhkəm cansağlığı, güc-qüvvət versin.

***

 

Paylaş
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31