“Taliban”ın tələbi yerinə yetiriləcəkmi?
06.01.2022 [10:19]
Özbəkistan və Tacikistan hədəfə çevrilə bilərmi?
Pərviz Sadayoğlu
Əfqanıstanda hakimiyyətin “Taliban”ın əlinə keçməsinin ardından rəsmi Kabillə əlaqələrini dayandıran bir sıra ölkələr artıq öz siyasətlərində korrektə etməyə başlayırlar. Belə ki, müharibə dövründə Əfqanıstandan bəzi ölkələrə qaçırılan təyyarələr və helikopterlər yenidən bu dövlətə qaytarılır. Bunlar Kabilin süqutundan sonra əfqan hərbçilərin xaricə qaçdığı təyyarələr və helikopterlərdir. Bununla bağlı məlumat verən “Taliban” sözçüsü İnamulla Samanqani bildirib ki, 40-dan çox helikopter qonşu ölkələrə, xüsusən də Özbəkistan və Tacikistana qaçırılıb. Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Enayatulla Xorəzmi isə öz növbəsində bildirib ki, Mərkəzi Asiya ölkələrinin hakimiyyət orqanları Əfqanıstan tərəfinin onların hamısının geri qaytarılması ilə bağlı müraciətlərini hələ də təmin etməyib. Eyni zamanda, bundan əvvəl hərbçilər tərəfindən xaricə qaçırılan bir neçə təyyarənin artıq Əfqanıstana təhvil verildiyi bildirilib.
Artıq Özbəkistan hökuməti Əfqanıstandan qaçırılan helikopterləri geri qaytarmağa çalışır. Yayılan informasiyada bildirilir ki, rəsmi Daşkənd bu məsələ ilə bağlı müsbət addımlar atmağı planlaşdırır. Maraqlıdır ki, Əfqanıstanın yeni hakimiyyəti ilə hələ də rəsmi əlaqələr qurmayan Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan yeni mərhələdə hansı yolu seçəcək? Və ya “Taliban”ın tələbinin yerinə yetirilməməsi rəsmi Daşkənd ilə Düşənbəyə hansı təhdidləri yarada bilər?
Məsələ ilə bağlı fikirlərini bölüşən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlişindən sonra Mərkəzi Asiya ölkələri ilə yanaşı, demək olar ki, bütövlükdə MDB ölkələri müəyyən müddət gözləmə mövqeyi tutdular. Onun sözlərinə görə, bu gün də Mərkəzi Asiya ölkələri Əfqanıstanın yeni hakimiyyəti ilə münasibət qurmayıblar: “Xüsusilə də, Mərkəzi Asiya ölkələri Əfqanıstanda gedən prosesləri müşahidə etməyə üstünlük verirlər. Bəlli olduğu kimi, bu ölkələr Əfqanıstanla həmsərhəddirlər. İndiki halda onlar taliblərin xarici aqressiyaya meyilli olub-olmamasını izləyirlər. Bir müddət öncəyə qədər taliblərin Əfqanıstanda hakimiyyəti ələ almasının ardından Suriya və ya İraq hadisələrinin təkrarlana bilməsi ehtimalı, xilafət dövlətinin qurulması istiqamətində işlərin aparıla biləcəyi şübhəsi vardı. Düzdür, “Taliban” öncədən heç bir xarici ölkəyə hücum etməyəcəyi ilə bağlı bəyanat yaymışdı. Onların məqsədi Əfqanıstanda hakimiyyəti ələ almaq idi. İndiki halda “Taliban” Əfqanıstan daxilində bütün hakimiyyət rıçaqlarını ələ almaq və öz hökmranlığını uzun müddət qorumaq niyyətindədir”.
Özbəkistan və Tacikistana gəldikdə isə, bu dövlətlər Əfqanıstana yaxınlıqları ilə seçilən ölkələrdir. Z.Məmmədov qeyd edib ki, bu ölkələrdə çox sayda əfqan yaşayır. “Eyni zamanda, Əfqanıstanda da özbəklər və taciklər yaşayırlar. Bundan başqa, bu coğrafiyaları tarixən birləşdirən bir çox amillər mövcuddur. Düşünmürəm ki, 2022-ci ildə Mərkəzi Asiya ölkələri ilə Əfqanıstandakı yeni hakimiyyət arasında rəsmi əlaqələr qurulsun. Amma bununla belə, onlar arasında təmasların olması, müəyyən dialoqun aparılması təbiidir. Bu təmaslarda əsas məqsəd Əfqanıstandan gələ biləcək mümkün təhdidlərin qarşısını almaq və talibləri öz sərhədlərindən uzaqda tutmaqdır. Fikrimcə, həm rəsmi Vaşinqtonun, həm də Moskvanın onlarla dialoqu davam etdirməsində də məqsəd budur. Rusiya taliblərlə münasibətləri elə qurmaq istəyir ki, sabah cənub dəhlizləri üçün təhdid yaranmasın. Hazırda Moskvanı düşündürən məsələlərdən biri Mərkəzi Asiyada taliblərin nüfuzunun artmasıdır. Düşünürəm ki, Rusiya müdafiə nazirliyində bununla bağlı bir sıra planlar da hazırlanır. Ümumiyyətlə, radikal dini qruplaşmaların qonşu ölkədə hakimiyyətdə olması hər zaman müəyyən təhdidlər yaradır”, - deyə Z.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20

