Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Üç azyaşlı İran vətəndaşı sərhədi pozaraq Azərbaycan tərəfə keçib

Üç azyaşlı İran vətəndaşı sərhədi pozaraq Azərbaycan tərəfə keçib

17.01.2022 [19:22]

İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, DSX tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Qeyd edilib ki, yanvar ayının 17-də saat 15:25 radələrində DSX-nin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilmiş və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıblar.

Yeniyetmə olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirib və özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər.

Saxlanılan şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.

Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.

Qısa müddət ərzində yeniyetmələrin İran tərəfinə təhvil verilmələri nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 205 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31