Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “EKM Global Consulting GmbH” jurnalistlər üçün müsabiqə elan edib

“EKM Global Consulting GmbH” jurnalistlər üçün müsabiqə elan edib

05.03.2022 [10:34]

MÜŞFİQƏ

“EKM Global Consulting GmbH” jurnalistlər üçün Azərbaycanda geoinformasiya və rəqəmsal əkizlərin (Digital Twins) iqtisadi faydaları haqqında yazı müsabiqəsi elan edir.

Şirkətin rəhbəri Elşən Musayev bildirib ki, “Leica Geosystems AG” şirkətinin sponsorluğu ilə keçirilən müsabiqə maarifləndirmə xarakteri daşıyır.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün jurnalistlər geoməkan məlumatlar və onların iqtisadi təsiri haqqında maarifləndirici məqalə yazmalıdırlar. Materialların qiymətləndirilməsi isə “Leica Geosystems AG” şirkətindən olan müstəqil ekspertlər tərəfindən həyata keçiriləcək.

Qaliblər İsveçrədə yerləşən, geoməkan sensorlar və proqram təminatı üzrə dünyanın aparıcı istehsalçısı olan  “Leica Geosystems AG” şirkətinin baş ofisinə səfər etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, müsabiqə 13 may 2022-ci il tarixinə qədər davam edəcək.

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28