Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DİN vətəndaşları karantin qaydalarına əməl etməyə çağırıb

DİN vətəndaşları karantin qaydalarına əməl etməyə çağırıb

18.04.2022 [15:14]

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları karantin qaydalarına əməl etməyə çağırıb.

"Report"un məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri artıq 2 ildən çox davam edən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının tibbi maskadan istifadə etməyən şəxslər barədə inzibati protokollar tərtib etmələrinin əsassız olmasını müzakirə edir, postlar paylaşırlar.

“Bir daha vurğulamaq istərdim ki, bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası hələ də aktivdir və ona görə də bu qorxunc xəstəliklə mübarizə bu gün də davam edir. O da danılmaz faktdır ki, hazırda COVID-19 virusuna yoluxanların və bu virusdan vəfat edənlərin sayında müşahidə olunan kəskin azalma elə məhz həkimlərin və polis əməkdaşlarının fasiləsiz, əzmkar fəaliyyətlərinin nəticəsində olub.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu sahədəki vəziyyətlə bağlı mütəmadi məlumatlar yayır və aradan qaldırılan, eləcə də qüvvədə olan qadağaları elan edir. Qərara əsasən vətəndaşların qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmələri hələ ki mütləqdir. Operativ Qərargahın qəbul etdiyi bu qərarların icrası, nəzarəti isə polis əməkdaşları tərəfindən təmin edilir. Polis əməkdaşları tərəfindən Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarların icrası həmişə olduğu kimi bundan sonra da davam ediləcəkdir. İki ildən artıq müddətdə nəzarət və profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları heç vaxt əhalinin cərimələnməsində maraqlı olmayıb və hazırda da maraqlı deyillər. Onlar daha çox xəbərdarlıqlara və profilaktikaya üstünlük verirlər. Danılmaz həqiqətdir ki, gün ərzində maskadan istifadə etməyən yüzlərlə insanın çox az qisminə qarşı protokol tərtib edilirsə, qalan böyük əksəriyyətinə şifahi xəbərdarlıq edilməsi ilə kifayətlənilir.

Ona görə də ictimai asyişin, təhlükəsizliyin təmini ilə paralel insanların sağlamlıqlarının qeydinə qalan, onları koronavirus kimi bir bəladan qoruyan polis əməkdaşlarının qınanılmasını ən azından qeyri obyektiv bir yanaşma tərzi hesab edirəm. Mən bir daha vətəndaşlarımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarları anlayışla qarşılamağa, onlara riayət etməyə dəvət edirəm.

O qərarlardan irəli gələn tələb və qadağalar bizim hər birimizin sağlamlığı naminə qəbul edilib. Öz sağlamlıqlarını risqə qoyaraq vətəndaşlarımızı bu qorxunc xəstəlikdən qoruyan polis əməkdaşlarını əsassız olaraq qınamaqdansa, gəlin qaydalara hamılıqla riayət edək. Yeri gəlmişkən COVID-19 ilə əlaqədar tətbiq edilən bütün qayda və qadağaları anlayışla qarşılayıb onlara riayət edən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk".

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31