Şamaxıda akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub
28.04.2022 [20:49]
Şamaxı Müalicə Diaqnostika Mərkəzində rayon ictimaiyyətinin və səhiyyə işçilərinin iştirakı ilə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Şamaxı Müalicə-Diaqnostika Mərkəzində keçirilən tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, Zərifə xanım Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Natiq görkəmli alimin ictimai fəaliyyətindən də geniş söhbət açaraq ən ülvi və nəcib dəyərləri özündə birləşdirən Zərifə xanım Əliyevanın işıqlı xatırəsinin bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıq və ehtiramla yad ediləcəyini qeyd edib.
Sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanası PublikHüquqi Şəxsin direktoru Emin Hüseyin çıxış edərək görkəmli oftolmoloq-alimim həyat və fəaliyyəti barədə məlumat verib. Natiq akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş sovetlər məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulanıb.
Digər çıxış edənlər Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimləri Ədalət Həmidov və İslam Ağayev Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftаlmologiyаnın müxtəlif sаhələri üzrə аpаrdığıtədqiqаtlаrdan, qаzаndığı nаiliyyətlərdən geniş söhbət açaraq akademikin elmi fəaliyyətinin nəticələrinin 150-dən artıq əsərdə, 10 monoqrafiyada, həkimlər üçün dərs vəsaitlərində və sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodiki tövsiyələrdə öz əksini tapdığını bildiriblər.
Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində həsr olunmuş film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

