Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tibbi və qeyri-tibbi personal üçün vahid geyim forması müəyyənləşib

Tibbi və qeyri-tibbi personal üçün vahid geyim forması müəyyənləşib

20.05.2022 [16:56]

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal üçün nəzərdə tutulmuş geyim formalarının təqdimatı keçirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Medical Mediada keçirilən təqdimat mərasimində TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və struktur bölmə rəhbərləri iştirak edib.

Tədbirdə həkim, cərrah həkimlər, reanimasiya həkimləri, radiologiya həkimləri, həmçinin tibb bacıları, stomatoloqlar, xəstə baxıcıları, orta tibb işçiləri, porter, təcili tibbi yardım personalı üçün geyim dəstləri nümayiş olunub.

Bundan başqa, xəstə geyim dəsti, uşaq pasiyentlər üçün geyim dəsti və digər qeyri-tibb personalı üçün nəzərdə tutulan geyim nümunələri də təqdim edilib.

Qeyd edək ki, geyimlərin hazırlanması zamanı dünya təcrübəsinə istinad edilib.
32 adda olan xüsusi geyimlərdə ağ, tünd göy, açıq yaşıl, bənövşəyi, firuzəyi, mavi, çəhrayı, sarı, boz rənglərdən, xüsusi elementlərdən və yüksək keyfiyyətli parçadan istifadə olunub.

Yaxın müddətdə TƏBİB-in tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal bu geyimlərdən istifadə edəcək.

Paylaş:
Baxılıb: 130 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31