Mətbuat Şurası: "RİA Novosti"nin fəaliyyəti təəssüf doğurur
04.06.2022 [15:20]
Rusiyanın bəzi informasiya qurumlarının, jurnalistlərinin fəaliyyətində əldə edilmiş nəticələrə, müsbət meyllərə zidd halların da şahidi oluruq. Bu sayaq yanaşma təəssüf doğurur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının bəyanatında deyilir.
"Rusiya və Azərbaycanın media orqanları iki ölkə arasındakı münasibətlərin formalaşmasında, qarşılıqlı etimad mühitinin dərinləşməsində mühüm rol oynayıblar. Onların əməkdaşlığı da buna xidmət ruhuna köklənməklə mütərəqqi əhəmiyyət daşıyıb, xalqların bir-birinə yaxınlaşmasını, mehriban qonşuluğu, dinc birgəyaşam normalarını aşılayıb.
Bununla belə biz zaman-zaman Rusiyanın bəzi informasiya qurumlarının, jurnalistlərinin fəaliyyətində əldə edilmiş nəticələrə, müsbət meyllərə zidd halların da şahidi oluruq. Bu sayaq yanaşma təəssüf doğurur. Fəaliyyəti təəssüf doğuran Rusiya kütləvi informasiya vasitələrindən biri də "Ria novosti" İnformasiya Agentliyidir. Azərbaycan cəmiyyəti Rusiyanın rəsmi media strukturu olan "Ria novosti"nin yanlış dəst-xəttinin, yanaşmasının müxtəlif təzahür formalarına, peşəkar jurnalistika prinsiplərinə yaraşmayan mövqeyinə indiyədək çox şahidlik edib.
Peşə dəyərləri separatizmin, bölücülüyün təbliğ və təşviqindən uzaq durulmasını, dövlətlərin müstəqilliyinə, suverenliyinə zidd təmayüllərə meydan tanınmamasını rəhbər tutur. Rusiya kimi federativ quruluşa malik, tərkibində çoxsaylı xalqların nümayəndələrindən ibarət muxtar respublikaları birləşdirən ölkənin aparıcı media qurumu məsələyə xüsusilə həssas münasibət göstərməlidir. Ancaq onun işində nəinki həssaslıq yoxdur, üstəlik əvvəlki illərin xoşagəlməz, sərt reaksiyalar doğurmuş təcrübəsinə yenidən istinad var. Özünü Azərbaycan ərazisindəki qondarma, separatçı qurumun naziri kimi təqdim edən Artak Beqlaryandan müsahibə də bunu deməyə əsas verməkdədir.
Məlum müsahibə Azərbaycan cəmiyyətində haqlı narazılıq, hətta hiddət və qəzəb doğurub. Buna görə adekvat cavab addımı kimi "Ria novosti"nin Azərbaycan ərazisində yayımı dayandırılıb. Tolerant, söz və ifadə azadlığına, plüralizmə dəyər verən Azərbaycanda belə bir tədbirin görülməsi günün tələbidir, zərurətdir. Separatizmi təbliğ etməklə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət qoymayan digər KİV-lər də bundan nəticə çıxarmalıdırlar.
"Ria novosti" Rusiyanın Ermənistanla Azərbaycan arasındakı münaqişəli durumun aradan qaldırılması istiqamətindəki təşəbbüslərinə zidd mövqeyi rəsmi Moskvanın sözügedən missiyasının səmimiliyinə də ciddi şübhələr yaradır, qənaət formalaşdırır ki, ölkə bölgədə sülhün və əminamanlığın qərarlaşmasında maraqlı deyil.
Azərbaycan Mətbuat Şurası Rusiyanın KİV-lərinə, ümumiyyətlə ölkənin media ictimaiyyətinə müraciət edərək Rusiya-Azərbaycan münasibətlərinə zidd, Rusiyaya etimadı, onun bölgədəki nüfuzunu sarsıdan fəaliyyətdən uzaq durmağa çağırır. Bir həqiqət mütləq şəkildə dərk olunmalıdır ki, jurnalistika fəaliyyəti heç bir halda beynəlxalq hüququn norma və prinsiplərinə sayğısızlıq üzərində qurulmamalıdır. Azərbaycan cəmiyyəti, bu cəmiyyətin mühüm tərkib hissəsi, önəmli ictimai institutu sayılan ölkə mediası mehriban qonşuluq münasibətlərinə xələl gətirən hallara dözümlü qala bilməz. İstərdik ki, eyni yanaşmanı, Rusiya və Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq əlaqələrinə kölgə salan meyllərə qarşı cəbhə açmaq əzmini çoxillik ənənələrə malik Rusiya mediasından da görək. İndiki şəraitdə bu, yalnız istək və arzu deyil, həm də müstəsna peşəkarlıq tələbidir", - bəyanatda qeyd edilir.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

