Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiya mediasında anti-Azərbaycan fəaliyyətə son

Rusiya mediasında anti-Azərbaycan fəaliyyətə son

29.06.2022 [10:03]

Yeni saziş Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklayır

N.BAYRAMLI

Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən”Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədin imzalanmasının əsas məqsədi  informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınmasından ibarətdir.

Sazişin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirib ki, sözügedən sazişin imzalanması, ilk növbədə, Azərbaycan-Rusiya əməkdaşlığının yeni strateji vektoru kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, müasir mərhələdə informasiya təhlükəsizliyi istənilən dövlətin milli təhlükəsizliyinin ən vacib elementini təşkil etməkdədir. Onun sözlərinə görə, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə dair sazişdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində əsas təhdidlər ifadəsini tapıb: “Bu təhdidlərin dəqiqliklə müəyyənləşdirilməsi və Azərbaycan-Rusiya müvafiq sazişində öz əksini tapması onların aradan qaldırılmasının effektiv vasitələrinin tətbiq olunmasını şərtləndirəcək. Məsələn, dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktların tərəflərin koordinasiya olunmuş fəaliyyəti sayəsində dəf edilməsi ümumilikdə informasiya təhlükəsizliyinin ən vacib istiqamətini təşkil etməkdədir. Müvafiq istiqamətdə fəaliyyət mahiyyət etibarilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Azərbaycan-Rusiya razılaşmasının ruhuna da uyğundur. Ayrıca olaraq, mühüm informasiya infrastrukturu obyektlərinə kiberhücumların qarşısının alınması olduqca təsirli informasiya təhlükəsizliyi tədbiri hesab olunur”.

Millət vəkili qeyd edib ki,  kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması ayrıca olaraq Azərbaycanda mühüm aktuallıq kəsb edən məsələlərdəndir. E.Mirbəşiroğlu söyləyib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Ölkəmizdə bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, maddi-texniki əsasların yaradılması üzrə işlər aparılıb, müvafiq qanunvericilik aktları qəbul edilib. “Bu istiqamətdə işlər davam etməkdədir. Çünki informasiya təhlükəsizliyinin təmin olunması olduqca zəruridir. “Azərbaycan və Rusiya xarici işlər nazirləri tərəfindən imzalanmış saziş də bu baxımdan müsbət dəyərləndirilməlidir. Sazişdə vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar da informasiya təhlükəsizliyinə təhdid hesab olunur. Eləcə də, bu sazişlə  ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi nəzərdə tutulur” - deyə E.Mirbəşiroğlu vurğulayıb.

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31