Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Radikal müxalifətin sönən “ulduzu”nun yeni hədəfləri

Radikal müxalifətin sönən “ulduzu”nun yeni hədəfləri

14.07.2022 [16:56]

Azərbaycan xalqı son 200 ildə ən əzəmətli və qürurlu dövrünü yaşayır. Müzəffər ali Baş Komandanımız İlham Əliyev ölkəmiz üzərində ayrı-ayrı dövlətlərin illər uzunu davam edən siyasi hegemonluğuna son qoyaraq torpaqlarımızı işğaldan azad etdi, bölgədəki geosiyasi konfiqurasiyanın dəyişdirilməsinə nail oldu və yeni münasibətlər sisteminin formalaşmasının təşəbbüskarı kimi yüksək liderlik keyfiyyətlərini nümayiş etdirdi.  Sözsüz ki, yaranan yeni postmüharibə vəziyyəti, bölgə ətrafında dünyanın hegemon dövlətləri arasında davam etməkdə olan savaşlar fonunda, dövlətimiz və cəmiyyətimiz qonşu xalqlar kimi hələ də bir sıra çağırışlarla üzləşir. İndiki situasiyada, olduqca mürəkkəb geosiyasi proseslər zəminində daxili siyasət, cəmiyyətdəki ayrı-ayrı qruplar, dövlət-vətəndaş və ideoloji-mənəvi baxışlar sistemində və dövlətçilik fəlsəfəsində həmrəylik zamanın önə çəkdiyi qaçılmaz reallıqdır.

Ukraynada, Yaxın Şərqdə və Mərkəzi Asiyada gedən proseslər, ayrı-ayrı ölkələr daxilindəki pərakəndəlik, xarici siyasət, ideoloji baxışlarla bağlı sosial və siyasi qruplar arasında bir-birindən diametral şəkildə fərqlənən orientirlər sözün həqiqi mənasında dünya nizamında hərci-mərcilik, yumşaq desək, az qala anarxiya vəziyyəti yaratmaqdadır. Şükürlər olsun ki, daha çətin coğrafi məkanda yerləşən və dünyaya meydan oxumaq iddiasına düşən dövlətlərlə qonşu olan və onların maraqlarının toqquşduğu Azərbaycanda Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə daxili və xarici məsələlərlə bağlı vahid mövqe, dövlətlə cəmiyyət arasında vəhdət və milli həmrəylik atmosferi formalaşmışdır.

Təəssüf ki, özünü müxalifət adlandıran, lakin sağlam siyasi rəqabət aparmaq gücündə olmayan “Milli Şura”, AXCP, Müsavat kimi radikal təmayüllü qruplar hələ də dövlətimizin uğurlarına qarşı xüsusi canfəşanlıqla qarayaxmalar kompaniyası aparır, ötən yüzilliyin 90-cı illərinin əvvəllərində olduğu kimi, siyasi böhran, xaos yaratmaq cəhdlərindən hələ də çəkinmirlər. 200 ildən üzü bəri himayədarlarının hərtərəfli köməyi və dəstəyilə tarixi torpaqlarımızda saxta dövlət yaradan erməni vandallarının üzərində əldə etdiyimiz möhtəşəm qələbə və Qarabağın, Şərqi Zəngəzurun Azərbaycanın tərkibinə qaytarılması ilə qürur duymaq, bu zəfəri dünya erməniliyinə həzm etdirməkdə vətəndaş mövqeyini nümayiş etdirmək əvəzinə, az qala erməni qədər məyus olan, millət qarşısında İlham Əliyevin kölgəsi qədər dəyər kəsb etməyən, ölkəmizin adının ləkələnməsində xüsusi fəallıq göstərib, anti-Azərbaycan qüvvələrinin “molades”, “bravo”larını və qrantlarını alan anti-milli qruplar stəkanda fırtına qoparmaqdan, utanmadan, ar etmədən şər-böhtan mərəzindən usanmırlar ki, usanmırlar.

Bu baxımdan son vaxtlar dörd bir tərəfinə “atəşlər” yağdıran, amorf bir anlayışın – “Milli Şura”nın adından geninə-boluna istifadə edib, özünü müxalifətin ən “perspektivli”, barışmaz və prinsipial “lideri” kimi təqdim edən Gültəkin Hacıbəyli anti-Azərbaycan dairələrinin diqqətini özünə cəlb etmək üçün xüsusi canfəşanlıq göstərməkdədi. Özünü “Milli Şura”nın əzəli və əbədi, “cəfakeş” üzvü, hətta lideri  adlandıran Gültəkin Hacıbəyli təkcə vaxtilə böyük sevgi bəslədiyi iqtidarı deyil, həm də illərdi yanaşı boy verdiyi müxalifətin bütün qanadlarına qarşı da açıq və gizli mübarizəsini daha da fəallaşdırıb. 
2010-cu ilə qədər deputat kürsüsündə oturan, daha sonra seçicilərinin “yox” dediyi Hacıbəyli 2009-cu ildə Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyirdi: “Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahəsində də inkişaf edir. Azərbaycanda insan haqları sahəsində spekulyasiyalar da var. Məhz bu spekulyasiyalar nəticəsində, bəzən biz terrorçuların, casusların cəmiyyətə siyasi məhbus kimi təqdim edilməsi, sırınması niyyətlərini görürük”. Göründüyü kimi, 13 il bundan əvvəl Azərbaycanı demokratik dövlət kimi səciyyələndirən bu şəxs indi insan haqları, məhbuslar və sair kimi məsələlərdə Azərbaycanın üzərinə gedir, ölkədə geniş miqyas alan hüquqi və siyasi islahatlara kölgə salmağa çalışır.

2009-cu ildə keçirilən referendum öncəsi İTV-də keçirilən debatda Hüquq və Demokratiya Təşviqat Qrupunun vəkili olan G.Hacıbəyli İsa Qəmbəri və Əli Kərimlini böyük həvəslə ittiham edir, onları “terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sırıdıqlarına” görə tənqid atəşinə tuturdu.

Bu gün Azərbaycanda parlamentə yeri gəldi-gəlmədi hücum edən G.Hacıbəyli həmin dövrdə Milli Məclisdə deyirdi: “Azərbaycanda çox mühüm qanunların hazırlanmasında parlament müstəsna rol oynayır. Mən çox sevinirəm ki, möhtərəm Prezidentimizin (İlham Əliyevi nəzərdə tutur) çağırışına cavab olaraq, pensiya sahəsində çox köklü bir qanunu müzakirəyə çıxarıb. Bu, sözün həqiqi mənasında, çox böyük dəyişikliklərdən xəbər verən bir qanundur. Mütərəqqi və islahat xarakterli bir qanundur. Düşünürəm ki, yeni il qabağı Azərbaycan xalqına, pensiyaçılara Milli Məclisin çox dəyərli bir töhfəsi olacaqdır. Eyni zamanda, möhtərəm Prezidentimizin  səsləndirdiyi islahat kursuna cavab verən bir addımdır”.

Daha sonra Gültəkin Hacıbəylinin 2008-ci ildəki sitatına da nəzər salsaq, bu xanımın əsl mahiyyətini açıq-aşkar görə bilərik. SİTAT: “Əziz yeni azərbaycanlılar, əziz İlhamsevərlər! Xoş gördük sizləri... Bu gün Azərbaycan Respublikası Prezident seçkilərinin təbliğat kampaniyasına rəsmən start verildi. Adətən, seçkilərin təbliğat mərhələsi gərginliklə müşayiət olunur, rəqiblər bir-birilə mübarizə aparırlar. Lakin mən bu meydanda toplaşan insanların simasına baxıram və heç bir gərginlik və həyəcan görmürəm. İnsanların üzündə təbəssüm görürəm, sevinc görürəm, qələbəyə inam görürəm, iftixar görürəm. Eşq olsun sizlərə! Biz nə üçün qələbəyə əminik? Ona görə ki, İlham Əliyevin heç bir təbliğata, kampaniyaya ehtiyacı yoxdur. İlham Əliyev 5 il ərzində Azərbaycanı qarışbaqarış gəzib. O, həyata keçirdiyi quruculuq fəaliyyəti ilə özünün qələbəsinə ən böyük təminatı qazanıb. Mən bunu cəsarətlə deyirəm. Bəli, bu seçkilərin alternativsiz qalibi İlham Əliyevdir”. 

REAL partiyasının üzvü Natiq Cəfərlinin də Gültəkin Hacıbəyli haqqında bir zamanlar dedikləri də çox ibrətamizdir: “2010-cu ilin parlament seçkilərindən sonra Gültəkin xanımın “REAl”ın idarə heyəti ilə görüşü oldu. Xeyli söhbət etdik və qərara gəldik ki, ikinci görüş də olsun. Sonra öz aramızda müzakirələr apardıq və ikinci görüşə ehtiyac olmadığı səsvermə yolu ilə qəbul edildi. Fikirləşdik ki, Gültəkin üçüncü dəfə deputat olmadığına görə qəzəblidir və onun müxalif düşüncəsi ideoloji yox, qəzəbdən doğur. O üzdən, ikinci görüşü məsləhət bilmədik ki, bu barədə onunla ətraflı danışaq”.  

G.Hacıbəylinin “siyasi silahdaşı” sayılan, əslində isə, önə verib arxasında gizləndikləri Tofiq Yaqublu da Əli Kərimli və Gültəkin Hacıbəylinin iç üzlərini açaraq, onları siyasi simasızlıqda günahlandırmışdı. 

Bu gün dağıdıcı, radikal müxalifət düşərgəsinin “parlaq” siması kimi özünü təqdim edən Gültəkin Hacıbəylinin sosial şəbəkələrdə və youtube kanallardakı  həqiqətdən uzaq, şər-böhtan dolu yazılarını oxuduqca, çıxışlarını dinlədikcə yerə-göyə sığmayan bir qadın hikkəsinin şahidi olursan.

Vaxtilə siyasi  artistizm donuna girib, kürsüsünü hər şeydən üstün tutduğunu gizlətməyən, idarəolunmaz ambissiyalarının girovuna çevrilən  Gültəkin Hacıbəyli 2010-cu ildən “siyasi imicini” dəyişərək, Ə.Kərimli düşərgəsində gender bərabərliyini yaradıb, onun alətinə çevrilməyinin fərqinə varmadan yeni ampulada özünü təqdim etmək istəyini gizlətmir. O, artıq radikal düşərgənin lideri olmaq niyyətilə ciddi hərəkətə keçib. Son çıxışları, xüsusi olaraq “Müxalifət getməlidir (mi) və ya yeni Lider kim olmalıdır” kimi iki müəllif yazısında hədəfini və anti-Azərbaycan dairələrindən özünə himayəçi tapmaq arzusunu tam şəkildə ortaya qoymaqdadı.

Hərdən patronu Ə.Kərimlinin sifarişlərini yerinə yetirən Gültəkin Hacıbəylinin düşüncələrində artıq Əli Kərimli də, Cəmil Həsənli də, bütövlükdə radikal müxalifətin öndə gedən bütün şəxsləri də tükənmiş, cəmiyyətdə nüfuzunu itirmiş marginallardır. 

Radikal müxalifətin sönən “ulduz”unun son açıqlamalarında özünü müxalifətin yeni lideri kimi təqdim edən Gültəkin Hacıbəylinin ən yaxın hədəfi “Milli Şura”nı ələ keçirtmək, özünü barışmaz və cəfakeş müxalifət obrazını formlaşdırmaq və anti-Azərbaycan qüvvələrinin diqqətini cəlb etmək, uzaq hədəfi isə növbəti prezident seçkilərində radikal kəsimin və anti - Azərbaycan dairələrinin vahid lideri və namizədi kimi prezident seçkilərində iştirak etməkdir...

“İNTİBAH” SOSİAL - SİYASİ ARAŞDIRMALAR MƏRKƏZİ

Paylaş:
Baxılıb: 149 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31