Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat Ağalar Vəliyev qabaqcıl müəllimləri, əlaçı şagirdləri və yüksək balla ali məktəblərə qəbul olan tələbələri mükafatlandırıb

Deputat Ağalar Vəliyev qabaqcıl müəllimləri, əlaçı şagirdləri və yüksək balla ali məktəblərə qəbul olan tələbələri mükafatlandırıb

13.09.2022 [09:06]

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy və Ağdam rayonlarında qabaqcıl müəllimlərlə, əlaçı şagirdlərlə və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələrlə görüşüb. 

Görüşlərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirak ediblər. 

İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirlərdən öncə müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin Goranboy şəhərindəki və Quzanlı qəsəbəsindəki abidələri ziyarət olunub, xatirəsi ehtiramla yad edilib və abidələrin önünə tər gül-çiçək dəstələri qoyulub. 

Mükafatlandırma mərasimlərində millət vəkilinin, icra başçılarının və digər natiqlərin çıxışlarında vurğulanıb ki,ulu öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın və Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının  ardıcıllıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin davamlı inkişafı təmin olunub. 

Qeyd edilib ki, 2004-cü ildən etibarən dövlət başçısının rəhbərliyi ilə uğurla gerçəkləşdirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin icrası nəticəsində adıçəkilən rayonlar da daxil olmaqla son 19 il ərzində ölkədə 3700-əyaxın məktəb tikilib və ya əsaslı təmir olunub.  

Mərasimlərdə deputat tərəfindən Goranboy, Ağdam və Tərtər rayonlarından uğurları olan 46 qabaqcıl müəllimə, 379 əlaçı şagirdə, ali məktəblərə daxil olarkən 600-dən yuxarı bal toplayan 27, 500-dən yuxarı bal toplayan 120tələbəyə, eləcə də bu il tələbə adını qazanan 4 və ilk dəfə məktəbə qədəm qoyacaq 1 şəhid övladına müxtəlif məbləğlərdə pul mükafatları təqdim edilib. 

Beləliklə, son altı tədris ili ərzində millət vəkilitərəfindən həmin rayonlar üzrə yüksək nailiyyətləri olan 92 müəllimin, ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan 2, 600-dən yuxarı bal toplayan 321, 500-dən yuxarı bal toplayan 925 tələbənin mükafatlandırılması və 46 məktəbin 2347 əlaçı şagirdinə fərqlənmə təqaüdünün verilməsi təmin olunub. 

Mükafatlandırılan müəllimlər, şagirdlər və tələbələr Azərbaycan təhsilinin inkişafına göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30