Koronavirus bitmir...
05.11.2022 [10:29]
Yeni ştamlar nə qədər təhlükəlidir?
Nicat
Payız mövsümünün gəlməsi ilə əlaqədar xəstəliyin yayılma dinamikasında artım müşahidə olunmaqdadır. Yeni koronavirus dalğasının yayılacağı ilə bağlı xəbərlər dünya mediasının da gündəmindədir. ABŞ-ın “Vaşinqton Post” qəzetinin redaksiya məqaləsində növbəti koronavirus dalğasının göründüyü haqqında belə yazılır: “Hazırlaşın, üfüqdə növbəti koronavirus dalğası görünür”. Buna səbəb isə immunitetdən (peyvəndləmə) yayına bilən yeni subvariantların aşkar edilməsidir.
BQ.1 və BQ.1.1 indi Birləşmiş Ştatlarda infeksiyaların təxminən 17 faizini təşkil edir. Xatırlatmaq yerinə düşər ki, bir neçə həftə əvvəl sıfırdan çox idi. Bundan başqa, virusun geniş yayılmış BA.5 növü artıq sıradan çıxır. Mütəxəssislər peyvənd olunmayanların daha çox risk altında olduqlarını bildirirlər. Məqalədə o da qeyd olunur ki, BQ.1.1 digər subvariantlara nisbətən daha təhlükəli olmasına səbəb qeyd edilən növün digərləri ilə müqayisədə daha böyük miqyasda immun sistemlərindən yayına bilməsidir. BQ.1.1 növünün BA.5-dən mutasiya etdiyinə görə Pfizer və Moderna peyvəndlərinin təsirli olacağı ehtimal edilir.
XBB kimi tanınan başqa bir subvariant da immunitet sistemlərindən asanlıqla qaça bilir. XBB-yə yoluxma halları daha çox Sinqapurda qeydə alınıb.
Azərbaycana gəlincə...
“Mövsümü qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. Nazir bildirib ki, hazırda Azərbaycanda əhali arasında müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır: “Mövsümi qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə və bu sahədə heç bir problem yoxdur. Tam dəqiq deyə bilməsək də, ümid edirik ki, pandemiya sona doğru gedir”. Nazir deyib ki, laboratoriyalarda reaktiv maddə problemi yoxdur. Onun sözlərinə görə, Ukraynadakı mövcud vəziyyətlə əlaqədar laborator analizlərin götürülməsində istifadə olunan reaktiv maddə çatışmazlığının aradan qaldırılması üçün Nazirlər Kabinetinin göstərişi ilə mart ayında alternativ mənbələr müəyyən olunub: “Azərbaycana bütün dərman vasitələri, laborator reaktiv maddələr və istifadə olunan birdəfəlik tibbi ləvazimatlar alternativ şəkildə digər ölkələrdən gətirilərək anbarlarda saxlanılır. Hazırda bu sahədə heç bir korluq yoxdur. Topdansatışla məşğul olan şirkətlərə müraciət edərək həmin məhsulları əldə etmək olar. Əgər belə problemlə qarşılan vətəndaş olsa, Səhiyyə Nazirliyinə müraciət etsin. Hər bir belə fakt fərdi şəkildə araşdırılacaq və vətəndaşın məmnunluğu təmin ediləcək”.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çində aşkarlanan və bütün dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb.
Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (99 580 091), Hindistan (44 657 149 nəfər), Fransa (36 890 626 nəfər), Almaniya (35 784 912 nəfər) və Braziliyadır (34 887 505 nəfər). Sərhəd qonşularımız arasında Rusiyada 21 447 518, Türkiyədə 16 919 638, İranda 7 557 962, Gürcüstanda 1 780 691, Ermənistanda isə 445 242 nəfərdə koronavirus aşkar edilib. Azərbaycanda koronavirusa yoluxan 823 418 nəfərin 9 951-i ölüb, 813 154 xəstə müalicə olunaraq sağalıb.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33

