Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir

YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir

19.11.2022 [10:53]

İctimai-siyasi  və  tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası  ötən 30 ildə dövlət müstəqilliyimizin möhkəmləndirilməsində  inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında böyük xidmətlər göstərib. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirən avanqard siyasi  qüvvədir. Mövcud olan ayrı-ayrı siyasi partiyalar ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə hakimiyyət uğrunda mübarizə aparırdılar. Buna görə də, ölkə daxilində hərc-mərclik, xaos, ciddi böhran yaranmışdı. Ölkəmizi  düşdüyü bu bəladan, məhv olmaq təhlükəsindən xilas etmək üçün Azərbaycan xalqının görkəmli ziyalıları, tanınmış insanlar ümumilli lider Heydər Əliyevə müraciət etdilər. Zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan ümumilli liderimiz Heydər Əliyev belə partiyanın yaradılmasına ehtiyac olduğunu görürdü. Ona görə də tanınmış 91 nəfər ziyalı Ümumilli Liderimizə  1992-ci il 16 oktyabr tarixində müraciət etdi: “Sizdən xahiş edirik ki, yaranan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycanın bütün bölgələrindən bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi  və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq Lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar. Respublikanın  bütün  zümrələrdən olan  xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Son söz olaraq bildirilirdi ki, Azərbaycan Sizin sözünüzü gözləyir”. Ulu öndər Heydər Əliyev cavab məktubunda Yeni Azərbaycan Partiyasının  yaradılmasına və  ona rəhbərlik  etməyə razılıq verdi. Bu barədə də ulu öndər Heydər Əliyev Respublika sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 5-ci il dönümü münasibətilə keçirilən təntənəli yığıncaqdakı nitqində belə demişdir: “91-lərin mənə müraciətindən əvvəl Sirus Təbrizli böyük bir məqalə dərc etmişdir ki, biz Heydər Əliyevi Azərbaycana, Bakıya özümüz  dəvət etməliyik. Mən o məqaləni də oxudum, onu çox hörmətlə  qarşıladım, qəbul etdim. Ancaq o məqalə də mənim fikrimi dəyişmədi. Nəhayət, Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının-ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı  verdim. Sonra mənə 91-lərin müraciəti gəldi və mənim müraciətə cavabım müsbət oldu”:  

Beləliklə, AXC-Müsavat cütlüyünün yaratdıqları təzyiqlərə baxmayaraq 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası  təsis olundu. Çoxlu sayda təzyiqlərə baxmayaraq, qısa müddətdə insanlar Yeni Azərbaycan Partiyasına üzv olmağa başladılar. Ulu Öndər demişdir: “Bu partiyaya hər kəs öz könülü, vicdanı,  qəlbi ilə gəlməlidir. Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi  köklərinə, milli  mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və  arzularını əks etdirən böyük bir təşkilat olacaqdır”.

Müxalifət partiyası  kimi yaranan Yeni Azərbaycan Partiyası iqtidara  gəldikdən sonra digər siyasi  partiyalara qanunlar əsasında fəaliyyət  göstərməyə əlverişli şərait yaratdı.

Ömrünü öz xalqına və dövlətinə  xidmətə həsr edən ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi  partiyamıza olan inam və dəstəyi artırdı. Qısa müddətdə ümumxalq partiyasına çevrilərək müstəqil Azərbaycanın inkişafını təmin etdi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası öz fəaliyyətini  müvəffəqiyyətlə davam etdirir. İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında demişdir:

“...Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir.  Partiyanızın ideyaları, siyasəti  xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir və  çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar: Gənclərin axını partiyamızın gələcək inkişafı  üçün  də əsas  şərtlərdən biridir”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası tamamilə yeni keyfiyyət mərhələsində inkişafını davam etdirir. Üzvlərinin əksəriyyəti gənclərdən ibarət olan Yeni Azərbaycan Partiyası nəinki Cənubi Qafqazın, eləcə  də  yaxın coğrafiyanın ən güclü, mütəşəkkil, yüksək intellektual potensiala malik olan siyasi  qüvvədir. Yeni Azərbaycan Partiyası nəinki  qələbələr qazanan, eyni  zamanda bu  qələbələri uzun müddət qoruyub saxlamağı bacaran nadir partiyalardandır. Bu qələbələrin əsasında isə hər şeydən öncə azərbaycançılıq, vətənsevərlik, varislik, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət dayanır. Yeni Azərbaycan Partiyası liderimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da möhtəşəm zəfərlərə imza atmağa  davam edəcəkdir. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir.

Ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, inkişafında, torpaqlarımızın azad olunaraq Yeni infrastrukturların yaradılmasında, Qarabağımızın inkişafında Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri, böyük rolu var. Belə ki ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxartdığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəyə çevrilib. 44 günlük vətən müharibəsində Müzəffər Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yolunda bir çox qəhrəman vətəndaşlarımız kimi Yeni Azərbaycan Partiyası üzvlərinin də şücaət göstərmələri sübut etdi ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Bu nailiyyətlərin, uğurların qazanılmasına səbəb Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir.

Səbail rayonu, YAP “Ü.Hacıbəyov-68” ƏPT sədri, ADPU-nun dosenti:

Qurbanov S.Ş

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30