Qərbi Azərbaycan ədəbi mühitinə səyahət
05.09.2023 [11:30]
Məqsədimiz tarixi torpaqlarımızdakı mədəni irs nümunələrimizə sahib çıxmaqdır
Günel ABBAS
Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bu torpaqlardakı böyük mədəni irsimiz birdən-birə formalaşmayıb. Min illər boyu həmin ərazilərdə soydaşlarımız yaşayıblar. Heç şübhəsiz ki, min illər ərzində orada Azərbaycan xalqına məxsus çox zəngin tarixi-mədəni irs yaradılıb. Amma 200 il bundan əvvəl başlayaraq mərhələlərlə oraya köçürülən ermənilər həmin mədəni irs nümunələrinin bir hissəsini məhv edib, bir hissəsini isə erməniləşdirərək özününküləşdirməyə çalışıblar, dünya ictimaiyyətinə erməni tarixi-mədəni irsinin nümunələri kimi təqdim ediblər. Buraya xalça, mətbəx, musiqi və sair mədəniyyət nümunələri daxildir.
Qərbi azərbaycanlıların onilliklərlə pozulmuş hüquqlarının bərpası, onların tarixi yurdlarına qayıtmaları istiqamətində hazırda yüksək səviyyəli sistemli iş həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə İcmanın qərargahında görüşməsi və çox vacib mesajlar verməsi bu istiqamətdə işlərin daha mütəşəkkil və ardıcıl şəkildə reallaşdırılmasını təmin etdi. Qərbi Azərbaycandan olan əhalinin pozulmuş hüquqlarının carçısına çevrilmiş İcma bu prosesə öncülük edərək, Ermənistanın xalqımızın tarixi-mədəni irsini məhv etməsi ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işində fəal çıxış edir, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması üçün yorulmadan çalışır.
Yeri gəlmişkən, sentyabrın 3-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş etdirilməsi məqsədilə tədbir təşkil olunub. Tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, tarixi abidələrin 3D maketləri nümayiş etdirilib. Konsert proqramı ilə davam edən tədbirdə Vətənə, doğma yurda aid mahnılar səsləndirilib, Qərbi Azərbaycanın aşıq havaları ifa olunub.
Tədbirdə Milli Məclisin deputatları, media nümayəndələri, paytaxt sakinləri və xarici qonaqlar iştirak ediblər.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin önəmini xüsusi vurğulayaraq deyib: “Qərbi Azərbaycan İcması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. Bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Belə sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək”.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin məqsədinin Qərbi Azərbaycanın etnomədəni mühitinin rekonstruksiya edilməsi, o cümlədən vaxtilə həmin torpaqlarda, mahallarda, yaylaqlarda xalqın keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsinin canlandırılması olduğunu vurğulayıb. Qeyd edib ki, bu tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli Lider inanırdı ki, nə vaxtsa, ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər.
Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra keçmiş məcburi köçkünlərin Qarabağa, Şərqi Zəngəzura dönmək imkanı əldə etdiklərini diqqətə çatdıran nazir müavini bildirib: “Şanlı Qələbədən sonra Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına qayıtmaq ümidi yaranıb. Dövlətimizin başçısının çıxışlarında Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdacağını bildirməsi ümidlərin, xəyalların reallığa çevriləcəyi günün çox da uzaqda olmadığına bir işarədir. Həmin imkan sülh müqaviləsi imzalanandan sonra yaranacaq. Vaxt gələcək həmin doğma torpaqlara da qayıdacağıq, qurub yaradacağıq və Azərbaycan mədəniyyətini çiçəkləndirəcəyik”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46

