Həyatın görünməyən tarazlığı...
22.05.2026 [08:53]
Biomüxtəlifliyin qorunması gələcəyin təminatıdır
Planetimizin hər guşəsində həyatın minlərlə fərqli forması bir-biri ilə möhkəm əlaqəlidir. Bir ağacın yox olması bəzən bir quş növünün sığınacağını itirməsinə, bir çayın çirklənməsi yüzlərlə balığın məhv olmasına səbəb olur. Son zamanlar yer üzündə bioloji müxtəlifliyin sürətlə azalması problemi daha da aktuallaşdırıb. Bir milyon flora və fauna növü yox olmağın bir addımlığındadır. Son 20 ildə gərgin səylərə baxmayaraq, planetin biomüxtəlifliyi azalmaqda davam edir və ekoloji tarazlıq sürətlə dəyişir.
Ekoloji sistemin təqribən 60 faizi deqradasiyaya uğrayıb və ya ehtiyatsız istifadə olunur. Bu da biomüxtəlifliyin itirilməsinə və növbəti 50 ildə daha da pisləşə biləcək ağır nəticələrə gətirib çıxara bilər. Planetdə həyatın müxtəlifliyinin qorunması uğrunda mübarizə aparmağın əsas yollarından biri isə nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması, təbiətə göstərilən qayğıdır.
Yeri gəlmişkən, mayın 22-si Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib.
Son hesablamalara görə, təcili tədbirlər görülməsə, 2030-cu ilə qədər biomüxtəlifliyin azalması sürətinin qarşısını almaq məqsədi əldən çıxa bilər. Bu məqsəd 2022-ci ilin dekabrında keçirilən BMT-nin biomüxtəliflik sammitinin əsas mövzularından biri olub.
Biomüxtəliflik nədir və nə üçün vacibdir?
Biomüxtəliflik Yerdəki həyatın müxtəlifliyi üçün vacibdir. Buraya heyvanlar, bitkilər, göbələklər və bakteriyalar kimi mikroorqanizmlər daxildir. Heyvanlar və bitkilər insanlara yaşamaq üçün lazım olan hər şeyi verir - bunlara şirin su, qida və dərmanlar daxildir.
Ancaq bunun üçün heyvan və bitki müxtəlifliyinin birlikdə işləməsi lazımdır. Bitkilər təbii mühitin sağlamlığı üçün də çox vacibdir. Eyni zamanda bitkilər havanın təmizlənməsi, yüksələn temperaturun sabitləşdirilməsində və iqlim dəyişikliyindən qorunmada əsaslı rol oynayır.
Biomüxtəlifliyə ən böyük təhlükələr hansılardır?
2001-2021-ci illər arasında Yer kürəsində 437 milyon hektar meşəlik ərazisi azalıb. Yetkin meşələrin formalaşması yüzlərlə, hətta minlərlə il çəkə bilər. Ehtimal edilir ki, bu, biomüxtəlifliyə böyük təzyiq yaradır. Dünya Vəhşi Təbiət Fondu (WWF) Yer kürəsində biomüxtəlifliyin itirildiyini izah edir. İtkilərin ən çox olduğu yerlər Latın Amerikası və Karib hövzəsi hesab edilir. 1970-ci ildən bəri burada heyvanların sayı 94 faizə qədər azalıb. Bu azalmanın ən böyük səbəblərindən biri də onların yaşayış yerlərinin məhv olmasıdır.
Londondakı Təbiət Tarixi Muzeyinin məlumatına görə, Böyük Britaniya Avropada təbii mühitin ən çox tənəzzülə uğradığı ölkələr sırasındadır. Böyük Britaniya 10 faiz azalma ilə qlobal miqyasda geri qalır.
Azərbaycanda biomüxtəliflik...
Respublikamız Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yerlərdən birini tutur. Burada zəngin bitki və heyvan növləri cəmlənib. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 növlə təmsil olunur. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşayır. Azərbaycanın həşəratlar aləmi də son dərəcə zəngin olub 25 minə yaxın növü əhatə edir.
Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də, unikal növlərin qorunması - milli və bəşəri məsələlərdir. Azərbaycan 2000-ci ildə BMT-nin Baş Assambleyasının biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilsə də bu sahədə bir sıra problemlər hələ də var. Belə ki, bu gün Xəzərdə biomüxtəlifliyin azalmasında əsas səbəb kimi iqlim dəyişikliyi göstərilir.
Əslində biomüxtəliflik həyatın özüdür. Yağışdan sonra açan bir çiçəyin ləçəklərindəki rəng, dəniz dalğalarının ritmi, meşədə eşidilən quş nəğməsi, gecə səmasında parlayan ulduzların altında nəfəs alan canlılar dünyanın sonsuz ahəngidir. İnsan bu möhtəşəm harmoniyanı qoruduqca Yer kürəsi də öz gözəlliyini gələcək əsrlərə daşımağa davam edəcək. Təbiəti qorumaq sadəcə ağac əkmək və ya heyvanları sevmək deyil. Bu, həyatın möcüzəsinə sahib çıxmaq, dünyanın nəfəsini qorumaq və gələcəyin daha yaşıl, təmiz və canlı olması üçün atılan ən dəyərli addımdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

