“Yaşıl enerji” gündəliyi Azərbaycan masasında...
22.05.2026 [10:35]
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında müasir inkişafın atributlarından biri olan bərpaolunan enerji mənbələrindən səmərəli istifadə və enerjinin “ağıllı tədarükü” kimi məsələlər də əsas diqqətçəkən mövzulardan biri kimi yadda qalmaqdadır. Tədbirdə iştirak edən dünyanın aparıcı təşkilatlarının və şirkətlərinin nümayəndələrinin çıxışlarından da aydın görünür ki, “yaşıl enerji” istehsalı müasir urbanizasiyanın vacib elementi kimi çıxış edir, şəhər arxitekturasının dayanıqlı mənbələrindən birinə çevrilməkdədir. Bu baxımdan WUF13 çərçivəsində Azərbaycan hökuməti ilə dünyanın nüfuzlu institutları arasında Bakıda aparılan müzakirələr “yaşıl enerji” tədarükünün aktuallığını ön plana çıxarır, regional enerji zonasının genişlənməsinə dəstək verir. Bu, həm də ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də “yaşıl iqtisadiyyat”ın güclənməsi ilə bağlı qlobal həmrəyliyin artmasında fəal təşəbbüskarlığını nümayiş etdirir, yeni “yaşıl sərmayələrin” təşviqinə impuls verir.
WUF13 çərçivəsində dünyanın nüfuzlu təşkilatları ilə “yaşıl enerji” əməkdaşlığına dair müzakirələr aparılıb
Dünya Bankı bərpaolunan enerji sektoruna sərmayələr yönəldir
Bu cür faydalı fikir mübadilələri iki nəhəng maliyyə təsisatı - Dünya Bankı (DB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) heyətinin üzvləri ilə keçirilən görüşlərdə də əlamətdarlığı ilə seçilib. Energetika naziri Pərviz Şahbazovun Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkovun iştirakı ilə keçirilən görüşündə dənizdə külək enerjisi layihələri, “ağıllı şəbəkə” texnologiyalarının tətbiqi və batareya enerji saxlama sistemləri (BESS) üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyi və regional enerji bağlantıları sahəsində əməkdaşlığın genişləndirilməsinə diqqət çəkilib, Dünya Bankının tərəfindən bu istiqamətlərdə Azərbaycana dəstək göstərməyə hazır olduğu vurğulanıb.
Bu, Azərbaycan ilə Dünya Bankı arasında bərpaolunan enerji layihələrində müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın formalaşdığını və yeni perspektiv layihələrdə birgə iştirakçılığın genişlənəcəyini təsdiqləyir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi proqramların, xüsusilə ötürücü şəbəkənin gücləndirilməsi, regional enerji inteqrasiyası və enerji səmərəliliyi istiqamətində görülən işlər DB tərəfindən yüksək dəyərləndirilir.
ESCO modeli özəl sektora gəlir əldə etmək imkanı yaradacaq
V. Levkovun da xatırlatdığı kimi son illərdə qlobal enerji sektorunda əsas çağırışlardan biri ötürücü şəbəkələrin dayanıqlılığı və bərpaolunan enerji güclərinin sistemə inteqrasiyasıdır. Bu baxımdan Azərbaycanın ötürücü şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər düzgün və strateji yanaşma kimi qiymətləndirilə bilər. “Yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi isə daha effektli infrastruktur qurmağa imkan verəcək. Bank ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, regional interkonnektor layihələri və “Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)” layihəsində Azərbaycana maliyyə təchizatı göstərəcək ki, bu da ESCO (Energy Service Company) modeli və enerji saxlanc sistemlərinin qurulmasını təmin edəcək. ESCO modelinin həyata keçirilməsi özəl sektorun enerji qənaəti hesabına gəlir əldə etməsinə imkan verəcək ki, bu model Azərbaycan və region ölkələri üçün faydalı ola bilər.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində ümumi dəyəri 173,5 milyon dollar olan kredit sazişi imzalanıb. İcra müddəti 4 il olan layihənin əsas məqsədi “AzərEnerji”nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə bərpaolunan enerji mənbələrinin (BOEM) elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasını dəstəkləməkdir. Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan BOEM üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək.
Dünya Bankı Azərbaycanın regional enerji bağlantıları üzrə təşəbbüslərini də dəstəkləyərək Qara dəniz və Şərqi Avropa istiqamətində Yaşıl Enerji Dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinin vəziyyətini müsbət dəyərləndirib. Bank hesab edir ki, “Azərbaycan - Mərkəzi Asiya”, eləcə də “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektor layihələri qlobal enerji sistemində yeni potensial mənbə blokları formalaşdıracaq.
Avropa Bankının “yaşıl həmrəyliyə” dəstəyi
WUF13 çərçivəsində “yaşıl enerji” üzrə digər faydalı görüş Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter arasında keçirilib. Azərbaycanın energetika naziri ilə Karpenter enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı və regional enerji bağlantıları üzrə layihələr barədə fikir mübadilə aparıb. Azərbaycanın bərpa olunan enerji sahəsində artan potensialı və bu istiqamətdə qarşıya qoyulan strateji hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, ölkədə 2035-ci ilədək 8 QVt daxili istehlak və ixrac məqsədilə bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır. Məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatı artırması çərçivəsində növbəti illərdə əlavə bərpaolunan enerji güclərinin milli enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin təhlili aparılır.
Avropa Yenidənqurma və İnkişaf Bankı da hazırda Azərbaycanda bərpaolunan enerji sektorunda layihələrə maliyyə dəstəyi verən institutlardan biridir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kredit ayıracaq.
AYİB regional enerji interkonnektor layihələri “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Mərkəzi Asiya” enerji dəhlizlərinin qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətinə xüsusi önəm verərək bu istiqamətdə dayanıqlı dəstək vermək niyyətini bəyan edib.
“Qara dəniz kabeli” adlanan bu meqa layihə Azərbaycanın külək və günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Avropaya nəqlini nəzərdə tutduğundan AYİB “enerji həmrəyliyi halqası”nda fəal yer almaq istəyir. Bank Naxçıvan və Ermənistandan keçməklə Türkiyə istiqamətində ötürücü xətlər üzrə layihələrdə də Azərbaycanla yaxın tərəfdaşlıq edəcəyini açıqlayıb.
Beləliklə, WUF13 platforması şəhərsalmanın inkişafı ilə bağlı dialoqun güclənməsinə töhfə verməklə bərabər, qlobal enerji ailəsinin “yaşıl enerji” üzrə həmrəyliyinin artmasında da əhəmiyyətli sessiya kimi xarakterizə oluna bilər. Bu tədbir “yaşıl enerji” layihələrinin irəliyə aparılmasında beynəlxalq investorlar icmasının daha da fəal işgüzarlığı, enerji ixrac imkanlarının genişləndirilməsi və regional enerji təhlükəsizliyinin gücləndirilməsində vacib koalisiya qurmasına təkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

