Hər şey gözəldir həyatda...
09.09.2023 [12:55]
Beynəlxalq Gözəllik Günüdür
Şahanə XANKİŞİYEVA
Bəziləri gözəlliyi zahiri görünüşdə, bəziləri daxili aləmdə, bəziləri çəmənlikdə tək qalan ən qırmızı lalədə görür. Arif Abdullazadənin də dediyi kimi: “Hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlaya, duya bilsən”...
9 sentyabr Beynəlxalq Gözəllik Gününün elan olunması Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) təşəbbüsü ilə 1995-ci ildən başlayaraq qeyd edilir.
Hər ilin bu günündə bir sıra ölkələrdə gözəllik müsabiqələri keçirilir. Həmin müsabiqələrdə iştirak edənlər hamısı gözəllik parametrlərinə uyğun gəlmək məcburiyyətində deyil. Münsiflər heyəti iştirakçıların zahiri görkəminin mütənasibliyi, bənzərsiz gözəlliyi ilə seçilən xanımlara üstünlük verir.
İnsanlar bəzən gözəllik anlayışını yanlış yerlərdə axtarırlar. Məsələn, insanların fikrincə geniş, içi son model ev əşyaları ilə döşənmiş ev çox gözəldir. Ancaq içində hüzur, xoşbəxtlik olmarsa, bu gözəlliyin bir mənası qalmaz. Eyniylə gözəllik parametrlərinə uyğun gələn insanlar kimi... Bir sözlə, hamımız gözəlliyi sevir, daim onu axtarır, görəndə isə ondan zövq alırıq.
Gözəllik... Bu elə bir sözdür ki, dilə gələn zaman gözəllik nümunələri zehnimizdə canlanır: gözəl təbiət, gözəl səma, gözəl insan kimi. Halbuki, gözəllik daha dərin bir mənaya malikdir. Gözəllik elə bir məfhumdur ki, insan onu görən zaman qəribə bir rahatlıq varlığını bürüyər. Ondan gözünü çəkə bilməz.
Əsl gözəlliyi isə pak qəlbli insan görə bilər. Və onun əlavə bər-bəzəyə ehtiyacı yoxdur - əksinə, bunların olmaması onu daha cazibədar edir. Gözəllik anlayışı həm də bütünlüklə zövqə aid məsələdir. Bir güc başqa bir gücə, gözəllik isə hər şeyə qalib gəlir. Dünyanı isə gözəllik xilas edəcək!
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

