/ / MN: Antiterror tədbirlərində icra edilən fəaliyyətlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir
MN: Antiterror tədbirlərində icra edilən fəaliyyətlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir
19.09.2023 [20:13]
Qarabağ iqtisadi rayonunda erməni silahlılarına qarşı antiterror tədbirləri davam edir. Bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov brifinqdə söyləyib.
A.Eyvazov bildirib ki, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə dəvət edilib və onlara həyata keçirilən antiterror tədbirləri barədə ətraflı məlumat verilib.
Polkovnikin sözlərinə görə, lokal xarakterli antiterror tədbirlərində icra edilən fəaliyyətlər Azərbaycan qanunlarına, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir. “Mülki infrastrukturu və mövqelərimizi artilleriya qurğuları, eləcə də müxtəlif çaplı silahlardan atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, sursat anbarı, hərbi təyinatlı radiotexnika qovşağı, eləcə də digər döyüş vasitələri sıradan çıxarılıb.
Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınaraq sıradan çıxarılır. Lokal antiterror tədbirlərinə cəlb olunan Silahlı Qüvvələrimizin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, onlar bütün növ təminatla təmin ediliblər", - deyə o vurğulayıb.
Mətbuat xidmətinin rəisi media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə də çağırış edərək deyib: “Bölgədəki vəziyyətlə bağlı Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media resurslarında mütəmadi olaraq məlumat verilir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini qarşı tərəfə məxsus bəzi sosial media hesablarında paylaşılan heç bir real əsası olmayan məlumatları tirajlamamağa, yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq".
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

