Girovlar azad ediləcəkmi?
15.11.2023 [11:46]
Tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir
N.BAYRAMLI
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Oktyabrın 7-dən başlanan silahlı toqquşmada bugünədək 12 mindən çox insan həlak olub. Bir çox dünya ölkələrinin, beynəlxalq təşkilatın çağırışlarına baxmayaraq, tərəflər silahı yerə qoymaq niyyətində deyil.
İsrail ordusu Qəzzada HƏMAS-ın silahlı dəstələrini məhv etməkdə davam edir. Artıq İsrail hərbçiləri Qəzzada parlament binasını ələ keçirib. Bu barədə sosial şəbəkələrdə foto və məlumatlar yayılıb. Eyni zamanda, İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, HƏMAS Qəzza şəhəri üzərində nəzarəti itirib. Bununla belə, İsrail və HƏMAS-ın girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə yaxın olduğu bildirilir. Bu barədə ABŞ-ın “The Washington Post” qəzeti yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat verib. Mənbə bildirib ki, İsrail və HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və kişilərin müqabilində oktyabrın 7-də hücum zamanı Qəzzaya oğurlanmış bəzi qadın və uşaqların azad edilməsini müzakirə edir. Mənbə onu da deyib ki, sövdələşmənin yekun detalları razılaşdırılarsa, razılaşma bir neçə gün ərzində elan edilə bilər. Qəzet yazır ki, İsrail bütün oğurlanmış qadın və uşaqları geri qaytarmaq istəyir, lakin azad edilənlərin ilkin sayı daha az olacaq. Rəsmi bildirib ki, mübadilə təxminən beş gün davam edə biləcək müvəqqəti atəşkəslə müşayiət olunacaq. Bu, girovların Qəzzadan təhlükəsiz şəkildə çıxarılmasına imkan verəcək, həmçinin, regionun mülki əhalisinə beynəlxalq yardımı artıracaq və humanitar böhranı yüngülləşdirəcək.
“The Jerusalem Post” isə yazır ki, HƏMAS artıq beş günlük atəşkəs və Qəzza zolağının bütün ərazilərinə humanitar yardımın çatdırılmasına icazənin daxil edilməsi tələbi ilə çıxış edib. Bunun müqabilində HƏMAS 70-ə qədər qadın və uşağı azad etməyə hazır olduğunu açıqlayıb.
Onu da qeyd edək ki, son 10 gündə daha 200 000 insan Qəzzanın şimalını tərk edib. Bu barədə BMT-nin Humanitar məsələlərin Koordinasiyası üzrə Agentliyi məlumat yayıb. Bildirilib ki, İsrail qüvvələri və HAMAS arasında döyüşlərin getdiyi bir zamanda noyabrın 5-dən bəri Qəzzanın şimalını daha 200 000 fələstinli tərk edib. BMT Agentliyi qeyd edib ki, Qəzzanın şimalında yalnız bir xəstəxana xəstələri qəbul edə bilir. Digər xəstəxanalar artıq fəaliyyət göstərə bilmir və əsasən, sığınacaq kimi istifadə edilir.
Bütün bunların fonunda, son bir gündə humanitar yardım daşıyan ən azı 100-ə qədər yük maşını bazar ertəsi günü Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub. Verilən məlumata görə, Qəzza zolağına 42 yük maşını ərzaq, 14-ü tibbi avadanlıq, 19-u su, 15-i müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün zəruri olan əşyalar və daha çox 8 - qarışıq yük çatdırılıb. Qəzza zolağına humanitar yardımın çatdırılması Yaxın Şərqdə münaqişənin gərginləşməsinin başlamasından iki həftə sonra oktyabrın 21-də başlayıb. Amma humanitar yardımlar günahsız insan ölümünün qarşısının alınmasında acizdir.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

