Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gənc sənətçilərin seçimi İLHAM ƏLİYEVDİR!

Gənc sənətçilərin seçimi İLHAM ƏLİYEVDİR!

31.01.2024 [10:45]

Ölkəmiz üçün ən önəmli seçkilərə sayılı günlər qalıb. Uzun illərdən sonra ilk dəfədir ki, prezident seçkiləri ərazi bütövlüyünü bərpa etmiş, suveren Azərbaycanımızın hər yerində, hər bir bölgəsində həyata keçiriləcək. Buna görə də 7 fevral tarixi bütün vətəndaşlarımız üçün ən mühüm və ən şərəfli günlərdən biridir.

Təbii ki, bütün tanınmış insanlar kimi, incəsənət nümayəndələrinin də seçimi xalqımız üçün çox maraqlıdır. Xüsusən, inkişaf etməkdə olan və bugünkü gün bütün sahələrdə uğurla təmsil olunan gəncliyin seçimi maraq doğurmaya bilməz. Biz də bütün bunları nəzərə alaraq Azərbaycan incəsənətini, mədəniyyətini layiqincə təmsil edən gənc sənətçilərimizə sorğu ilə müraciət etdik. Görək, 7 fevral prezident seçkilərində incəsənətimizin gənc nümayəndələri kimi dəstəkləyəcəklər?

Gənc xanəndə, IV Televiziya Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Televiziyasının solisti Sərxan Bünyadzadə deyir ki, seçkilərdə namizədi qalib xalqın qalib lideridir:

-“Artıq hamıya məlumdur ki, 7 fevral ölkədə prezident seçkiləri günüdür. Bir vətəndaş kimi hər birimizin borcudur ki, seçkidə fəal iştirak edək və bütöv Azərbaycanın gələcəyinə, rifahına səs verək.

Təbii ki, mən də bir gənc sənətçi kimi seçkidə iştirak edəcəyəm. Bu seçkilər ciddi siyasi hadisə kimi tarixə düşəcək. Ona görə ki, ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün ərazilərdə seçkilər keçiriləcək. 30 ildən sonra 44 günlük müharibədə işğaldab azad etdiyimiz torpaqlarda, Qarabağımızda seçki məntəqələri fəaliyyət göstərəcək. Bu məni və inanıram ki, hər bir Azərbaycan vətəndaşını çox sevindirir.

Mənim namizədim həmişə olduğu kimi qalib xalqın qalib Lideri cənab İlham Əliyevdir.

Mən Prezidentimizin həm daxili, həm də xarici siyasətinin heyranıyam. Artıq bütün dünya bizi qalib xalq kimi tanıyır. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri buna sübutdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi vədinə tam əməl etdi. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır. Bütün dünya dövlətləri Azərbaycanın regionda yaratdığı yeni reallıqlarla barışır. Bu möhtəşəm hadisələr xalqımızda, eləcə də bütün gənclərimizdə ruh yüksəkliyi yaradır.

Biz artıq torpaqları işğal altında olan dövlət yox, işğalçıları “Dəmir yumruq”la, dövlət-xalq-ordu birliyi ilə başını əzərək gəldikləri yerə qaytaran millətik! Bununla daim qürur duyuram!

Mən inanıram ki, 7 fevralda xalqımız bizi qələbəyə qovuşduran ölkə rəhbərinin yanında olacaq və həmişə olduğu kimi yenə də xalqımız sülhə, inkişafa, suverenliyə səs verəcək”.

Gənc xanəndə, Azərbaycan Dövlət Televiziyasının solisti Günay İmamverdiyeva da qarabağlı sənətçi kimi onu ata yurduna qovuşduran liderə səs verəcəyini deyir: “Mən Şuşadan çıxanda lap körpə olmuşam. Gözümü açandan, özümü biləndən Şuşa həsrəti ilə böyümüşəm, valideynlərimdəm daim Şuşanı dinləmişəm. Şuşanın azadlığı mənim uşaqlıq xəyalım idi. Çox şükür ki, 2020-ci ildə 44 günlük Vətən müharibəmizlə bu xəyalım gerçək oldu. Bu gün mən və mənim kimi Şuşa həsrəti ilə böyüyən bütün gənclər o gözəl torpaqlarımızı ziyarət etmək, hətta orada keçirilən tədbirlərdə qürurla milli musiqimizi, muğamımızı səsləndirmək imkanı qazanmışıq.

Təbii ki, bir qarabağlı sənətçi olaraq 7 fevral prezident seçkilərində bu sevinci, qüruru bizə yaşadan liderimizi-cənab İlham Əliyevi dəstəkləyəcəyəm.

İlham Əliyev həm də milli musiqimizə, muğamımıza, incəsənətimizə olan yüksək diqqəti, qayğısı ilə seçilir. Onun sayəsində muğamımız özünün ən gözəl yüksəliş dövrünü yaşayır. Muğam müsabiqələri, musiqi festivalları keçirilir, mədəniyyətimiz beynəlxalq arenada uğurla təmsil olunur.

Mən xalqımızı 7 fevral seçkilərində aktiv iştirak etməyə və Qarabağımızın xilaskarı, qalib liderimiz İlham Əliyevə səs verməyə çağırıram”.

Gənc müğənni Xasay Şıxıyev həm də Vətən müharibəsi iştirakçısı kimi cənab İlham Əliyevi dəstəkləyir: “Həm bir şəxsiyyət kimi, həm də hakimiyyəti dövründə ölkəmiz, xalqımız üçün etdiyi mühüm işlər bizim seçimimizin yenidən İlham

Əliyev cənabları olmasını labüd edir.

Onun xalqımız üçün etdiyi ən böyük xidmət isə təbii ki, Qarabağımızın 30 illik düşmən işğalından azad edilməsidir. 44 günlük Vətən müharibəsində hərbçi qardaşımla birlikdə iştirak edərkən dövlət-ordu-xalq birliyinin yaxından şahidi oldum. Bu elə bir birlik idi ki, hər xalqa, hər ölkə başçısına qismət olmur. Xalqın öz liderinə inamı, ordunun öz Ali Baş Komandanına güvəni sonsuz idi. Təbii ki, Ali Baş Komandan da bu gücü məhz xalqının inamından, ordunun güvənindən alırdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş, cəsarətli siyasətinin, şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına bu gün Qarabağımız azaddır, o gözəl torpaqlara həyat yenidən qayıdıb. Hətta bu qısa zamanda cənab Prezidentin səyi sayəsində məcburi köçkünlərimizin bir qismi artıq öz yurd-yuvalarına qayıdıb, onlar üçün orada çox gözəl şərait yaradılıb.

Cənab İlham Əliyevin bu ölkə, bu millət üçün etdikləri göz qabağındadır. Biz də xalqımızın gələcək rifahını, uğurlu inkişafını, xoş və firavan sabahını arzulayan vətəndaşlar kimi 7 fevral seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəyik. Allah dövlətimizə, millətimizə xoş günlər nəsib eləsin!”

Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadənin də seçimi İlham Əliyevdir: “Mən hələ körpə qız ikən atamla birlikdə prezident seçkilərinə həvəslə getdiyimi xatırlayıram. Onda biz Ümummilli Liderimiz, o zamanlar balacaların sevimlisi Heydər babaya səs vermişdik. Özüm seçki hüququ əldə edəndən sonra isə artıq azad şəkildə seçkilərdə iştirak edirəm. Şübhəsiz, mənim seçimim Heydər Əliyev irsinin layiqli davamçısı, xalqımıza Qarabağ azadlığını bəxş etmiş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.

İlham Əliyev hakimiyyəti dövründə hər zaman xalqının yanında olan, ona verdiyi sözləri tək-tək, özü də ən yüksək şəkildə yerinə yetirən, xalqının rifahı, ölkəsinin firavan gələcəyi uğuruna lazımi məqamda lazımi addımları cəsarətlə atmağı bacaran bir liderdir. Mənim üçün o, əvəzedilməzdir. Buna görə də prezident seçkilərində vahid namizədim məhz İlham Əliyevdir. Hər kəsi qalib liderimizə dəstək olmağa çağırıram”.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31