"Şiddətə şahidlik edən uşaqlar qorxu, kədər və dərin günahkarlıq hissi yaşayırlar"
15.03.2024 [13:09]
Havar Şəfiyeva
İnsanların məhrəm sahəsi və sığınacağı olan güvənli ailə mühitlərində zorakılıq halları artmaqda davam edir.
Məişət zorakılığı, ailənin bir üzvünün digər ailə üzvlərinə qarşı göstərdiyi zərərverici davranışlardır. Zorakılıq, fiziki, emosional və ya cinsi olmasından asılı olmayaraq, insanların bədən sağlamlığına zərər vurmaqla yanaşı, mental sağlamlığını da təhlükə altına atan bir vəziyyətdir.
"Şiddət, öyrənilə bilən və nəsildən-nəsilə ötürülə bilən bir davranışdır. Bu vəziyyətdə ən çox zərər görənlər isə qadınlar və uşaqlardır". Bu fikirləri "Yeni Azərbaycan" - a açıqlamasında EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramova deyib.
O, həmçinin bildirir ki, şiddətə şahidlik edən uşaqlar, qorxu, kədər hiss etməklə yanaşı şiddətdən dolayı özlərini məsul tutaraq, dərin günahkarlıq hissi yaşaya bilirlər: "Bunun üçün də valideynlər bu vəziyyətin uşaqla əlaqəli olmadığını aydın şəkildə bildirməlidirlər.
Ümumiyyətlə isə şiddətə məruz qalmaq travma olduğu kimi, şiddətə şahidlik etmək də travma yaradan faktorlar arasındadır. Bu cür yaşantılara məruz qalan uşaqların yetişkinlik dövründə müxtəlif şəkildə və dərəcədə mental sağlamlıq problemləri yaşaması təəssüf ki, qaçınılmaz ola bilir.
Məişət zorakılığının yalnız ailə üzvləri arasında həllini gözləmək olmaz. Bu qanun pozuntusudur və polisin müdaxiləsini tələb edən bir prosesdir".
Psixoloq son olaraq qeyd edir ki, hər bir insanın zorakılıqdan qorunmaq hüququ var və buna Azərbaycan Respublikası Qanunvericiliyi ilə təminat verilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12

