Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə XİN: Küncə sıxışmış PKK-nın Avropadakı türk icmasına qarşı təxribatları artıb

Türkiyə XİN: Küncə sıxışmış PKK-nın Avropadakı türk icmasına qarşı təxribatları artıb

27.03.2024 [14:04]

Türkiyənin Almaniyada yerləşən Baş konsulluğu PKK tərəfdarlarının hücumuna məruz qalıb.

Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, martın 26-ı gecə saatlarında Türkiyənin Hannoverdəki Baş konsulluğunun giriş qapısına PKK təşkilatının tərəfdarları tərəfindən hücum edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Hücumdan sonra Almaniya rəsmiləri ilə əlaqə saxlanılaraq, alman hakimiyyətinin Türkiyə vətəndaşlarının və diplomatik nümayəndəliklərinin təhlükəsizliyinə cavabdeh olduğu xatırladılıb. “Küncə sıxışdırılmış PKK terror təşkilatının Avropadakı türk icmasını narahat etməyə yönəlmiş hərəkətlərinin artdığı görünür. Vətəndaşlarımızın sağlam düşüncəsi sayəsində bu təxribatlar daha böyük hadisələrə çevrilməyib. Aidiyyəti ölkələrdən gözləntimiz terror təşkilatı tərəfdarlarının fəaliyyətinə icazə verilməməsi və hücum edənlərin tez bir zamanda məsuliyyətə cəlb olunmasıdır”, - deyə bəyanatda qeyd edilib.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30