Qərbi Azərbaycan yallıları ilə bağlı kitabının təqdimatı olub
28.03.2024 [18:25]
Martın 28-də Qərbi Azərbaycan İcmasında (QAİ) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin müəllifi olduğu “Qərbi Azərbaycan yallıları” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli nəşrin əhəmiyyətindən danışıb. O, son 200 ildə tarixi torpaqlarımızda ermənilərin məskunlaşmasından sonra mədəni irsimizin soyqırımına məruz qaldığını qeyd edib. Tarixi torpaqlarımıza qayıdışın mühüm olduğunu bildirən QAİ sədri deyib: “Bizim tarixi torpaqlarımıza fiziki qayıdışımızın təməlində mənəvi qayıdışımız dayanır. Bu məsələdə hər birimizin üzərinə çox böyük iş düşür. Biz adət-ənənələrimizi xeyli dərəcədə itirmək məcburiyyətində qalmışıq. Qərbi Azərbaycanda yallıların növləri çoxdur. Eyni zamanda, Qərbi Azərbaycanda zəngin aşıq sənəti mərasimləri olub. Erməni toplumu yerli xalqların adət-ənənələrinə mədəniyyətinə sahib çıxmağa çalışıblar”.
Kitabın elmi redaktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə çıxışında hər kəsin Qərbi Azərbaycan ocağına töhfə vermək məqsədi daşıdığını qeyd edib. O, bu kontekstdə iki kitabın işıq üzü gördüyünü bildirib. G.Abdullazadə birinci kitabın "Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları" olduğunu, digər nəşrin isə xarici dillərdə Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə buraxıldığını vurğulayıb. Müəllif kitabın ərsəyə gəlməsinə xeyli zamanın sərf olunduğunu, bunun Azərbaycan üçün siyasi və mədəni baxımdan çox mühüm addım olduğunu nəzərə çatdırıb. Elmi redaktor kitabın ərsəyə gəlməsində Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının məşğul olduğunu qeyd edərək Rauf Bəhmənlinin məlumatları bütün bölgələri gəzərək topladığını qeyd edib.
Çıxış edən kitabın müəllifi Rauf Bəhmənli Azərbaycanda sovet dövründən başlayaraq yallı janrının araşdırıldığını deyib: “Mən ona görə şanslıyam ki, digər bölgələrimizin yallılarını da araşdırmışam. Bizim 200 adda yallımız olub. Amma mən Azərbaycan ərazisində 100 adda yallı toplaya bilmişəm. Həmçinin Qərbi Azərbaycana aid 45 yallı əldə etmişəm. Mən Qərbi Azərbaycanın tanınmış ifaçıları ilə görüşüb həmin yallılar barədə məlumatlar əldə etmişəm”.
Kitabın müəllifi nota alınmış 43 yallının musiqiçilər tərəfindən öyrənilib tədris olunmasının vacibliyini də vurğulayıb. O, eyni zamanda, Qərbi Azərbaycan İcmasının tərkibində Qərbi Azərbaycan yallılarının öyrənilməsi ilə bağlı məktəbin açılmasını da təklif edib.
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon icmasının sədri Faiq Xudayev çıxışında gənc nəslin yallılar haqqında məlumatlı olmadığına diqqət çəkib. O, bu kitabı insanların beynində yaşatmaq üçün mütləq formada əyani şəkildə təbliğata ehtiyac olduğunu vurğulayıb. F.Xudayev yallıları öyrənmək üçün iki musiqi məktəbinin yaradılmasını da təklif edib.
Digər çıxış edənlər də müəllifin təqdim etdiyi məcmuənin mövzu baxımından bu gün çox aktual problemlərdən sayılan xalq musiqimizə qarşı erməni saxtakarlığından bəhs etdiyini diqqətə çatdırıblar. Bildirilib ki, kitabda vaxtilə Qərbi Azərbaycan ərazisində xalqımız tərəfindən yaradılmış və sevilə-sevilə oynanılmış yallı rəqslərimizin sonradan ermənilər tərəfindən müxtəlif yollarla saxtalaşdırılaraq mənimsənilməsi haqqında geniş məlumatlar açıqlanır.
Uzun zaman ərzində yallı havalarımızın adlarını erməni adları ilə dəyişən, onların melodik məzmununa yad intonasiyalar daxil edən, eləcə də çox bərbad səviyyədə xoreoqrafik quruluş verərək səhnələşdirən ermənilər bu rəqslərin onlara məxsus olduğunu “sübut etməyə” çalışmışlar. Məcmuədə məhz belə saxtalaşdırılmış rəqslərimizə qarşı ermənilərin plagiat faktları ifşa edilmiş, “Köçəri”, “Tənzərə”, “Ağbulaq”, ikinci adı “Teymur ağa” olan “Babacan”, “Çəmənkənd”, “Tamaşa” (“Dəsmal yallısı” da deyilir), “Mərcanlar”, “Gümrü”, “Paşa köçdü” (Cüt ayaq) yallılarının Azərbaycan xalq musiqisi olduğu tutarlı tarixi faktlarla, not yazı nümunələri ilə sübuta yetirilib.
Bildirilib ki, bu kitabın dəyərli xüsusiyyətlərindən biri də artıq unudulmuş, hafizələrdən silinmə təhlükəsində qalmış və ilk dəfə müəllif tərəfindən tədqiq olunan 43 yallı rəqsinin not yazısının işıqlandırılmasıdır. Bu rəqslərin düzgün, orijinal melodiyasının əldə edilməsi və sonrakı nəslə olduğu kimi ötürülməsi gələcəkdə onların təhrif olunmasının, plagiata məruz qalmasının qarşısını alacaq.
Qeyd edək ki, kitabın rəyçiləri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyevdir. Kitab Paşalı rayon icmasının layihə rəhbərliyi və maliyyə dəstəyi ilə çap olunub.
Xəbər lenti
Hamısına bax
Dünya
30 Aprel 12:59

Xəbər lenti
30 Aprel 12:58

İdman
30 Aprel 12:54

Dünya
30 Aprel 11:58

İdman
30 Aprel 11:56

İqtisadiyyat
30 Aprel 11:54

Gündəm
30 Aprel 11:23

Gündəm
30 Aprel 10:59

İqtisadiyyat
30 Aprel 10:45

Hərbi
30 Aprel 10:35

Siyasət
30 Aprel 10:35

Siyasət
30 Aprel 10:27

İqtisadiyyat
30 Aprel 10:26

İqtisadiyyat
30 Aprel 10:24

İqtisadiyyat
30 Aprel 10:23

Sosial
30 Aprel 10:21

İdman
30 Aprel 10:20

Hadisə
30 Aprel 10:17

İqtisadiyyat
30 Aprel 10:13

İqtisadiyyat
30 Aprel 09:56

Sosial
30 Aprel 09:42

Analitik
30 Aprel 09:35

MEDİA
30 Aprel 09:23

Siyasət
30 Aprel 09:10

Dünya
30 Aprel 08:58

Analitik
30 Aprel 08:46

Analitik
30 Aprel 08:34

Mədəniyyət
30 Aprel 08:22

Sosial
30 Aprel 08:18

Dünya
30 Aprel 08:10

Siyasət
30 Aprel 07:59

YAP xəbərləri
29 Aprel 23:30

Dünya
29 Aprel 23:21

YAP xəbərləri
29 Aprel 23:14

YAP xəbərləri
29 Aprel 22:52

Sosial
29 Aprel 22:49

YAP xəbərləri
29 Aprel 22:26

Dünya
29 Aprel 22:18

Sosial
29 Aprel 21:57

Mədəniyyət
29 Aprel 21:56

YAP xəbərləri
29 Aprel 21:23

Mədəniyyət
29 Aprel 21:14

YAP xəbərləri
29 Aprel 21:11

Siyasət
29 Aprel 21:05

YAP xəbərləri
29 Aprel 20:49

Dünya
29 Aprel 20:36

YAP xəbərləri
29 Aprel 20:19

İdman
29 Aprel 19:57

YAP xəbərləri
29 Aprel 19:48

Siyasət
29 Aprel 19:35

YAP xəbərləri
29 Aprel 19:20

Sosial
29 Aprel 19:14

YAP xəbərləri
29 Aprel 18:48

Sosial
29 Aprel 18:40

Sosial
29 Aprel 18:34

Elm
29 Aprel 18:33

Siyasət
29 Aprel 18:33

Siyasət
29 Aprel 18:30

YAP xəbərləri
29 Aprel 18:17

Mədəniyyət
29 Aprel 18:02

İdman
29 Aprel 18:01

YAP xəbərləri
29 Aprel 17:57

YAP xəbərləri
29 Aprel 17:45

Siyasət
29 Aprel 17:44

İqtisadiyyat
29 Aprel 17:43

YAP xəbərləri
29 Aprel 17:37

YAP xəbərləri
29 Aprel 17:24

YAP xəbərləri
29 Aprel 17:14

Analitik
29 Aprel 16:30

Elm
29 Aprel 16:20
