Tarix unudulursa təkrar olunur...
31.03.2024 [11:21]
Əfsuslar olsun ki, 1918-ci ilin mart soyqırımları hər zaman yazılacaq, xatırlanacaq ən ağrılı-acılı tariximizdəndir. Bu gerçəklik əsrlər ötsə də dəyişməz qalacaq, tariximizin qara səhifəsi kimi vərəqlənəcək. Deyildiyi kimi, tarix unudulmur, unudularsa təkrar olunur...
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında baş verən faciləli hadisələr bu gün də, sabah da, hər zaman unudulması mümkün olmayan insanlıq dramıdır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub.
Bəli, Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Haclqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin dinc azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar insanlığa, bəşəriyyətə qarşı işlənən böyük bir cinayət kimi tarixdə iz qoyub. Bəli, içimizdə özünə yer edən düşmənlər, hiyləgər cəlladların günahsız insanlara tutduğu divan, kütləvi qətllər nə qədər ağır da olsa, həm də böyük bir dərsdir. Təbii ki, dərslərdən nəticə çıxarmayanlar imtahandan kəsilməyə məhkumdur. O üzdən mart qırğınları haqda nə qədər yazsaq da, nə qədər danışsaq da yenə də azdır. Bu gün bütün müasirlərimizin üzərinə düşən ən ümdə vəzifələrdən biri də erməni şovinizminin iç üzünü olduğu kimi, onun zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımları cümlə-cümlə, sətir-sətir gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmasında yer almasıdır. Əks halda baş verə biləcəkləri proqnozlaşdırmaq çətin deyil. Ən yaxın tariximiz, son 35 ildə Dağlıq Qarabağda yaşananlar fikrimin təsdiqidir... Erməni cəlladlarının Xocalı soyqırımında həyata keçirdiyi vəhşiliklər, 7 rayonun yer üzündən silinməsi, Ağdamın ruhlar şəhərinə çevrilməsi bütün dünyaya məlumdur. Hətta bəzi ölkələr, bəzi beynəlxalq təşkilatlar görməzdən gəlsə də, təsdiqləməsə də Əlahəzrət fakt danılmazdır!
Doğru, tarixən düşmənçilik missiyasından əl çıkməyən xəbis qonşularımız coğrafi taleyimizdir. Əgər xalqların taleyini var olduğu coğrafiyalar müəyyən edirsə, o zaman Azərbaycanın regional güc mərkəzi statusunu qoruması yeganə yoldur. Xalq ilə dövlətin vəhdəti isə bu yolun mayakıdır.
27 illik işğaldan sonra Dağlıq Qarabağın azad edilməsində bütün Azərbaycanı, Türk dünyasını birləşdirən milli birlik daimi olmalıdır. Eynən bu günkü kimi!
Mətanət Ağamirli
Əməkdar jurnalist, teleaparıcı
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19

