Bundestaq yeni seçkilərə doğru
29.12.2024 [11:14]
Son vaxtlarda Avropa İttifaqında (Aİ) müşahidə edilən ziddiyyətli proseslərə səbəb olan əsas amillərdən biri də qurumda yer alan aparıcı dövlətlərin özündə yeni iqtisadi-siyasi böhran dalğasının başlaması ilə bağlıdır. Bu dalğa daha üzunmüddətli və təhlükəli ola bilər.
Məsələ ondan ibarətdir ki, aparıcı dövlətlərin Avropa evinin yükünü çiyinlərində daşımaq imkanları getdikcə daha sürətlə azalır və onlar yaranan çağırışara effektiv cavab verməkdə ləngiyirlər. Fransanın ardınca indiyədək Aİ-nin drayveri sayılan Almaniyada da təbəddülatlar yaşanır, ölkədə iqtisadi-siyasi böhran dərinləşir.
İqtisadi perspektivlər qaranlıqdır
Bu gün Avropanın ümid yeri kimi baxdığı Almaniyada iqtisadi inkişaf templəri zəifləyib. Vəziyyətin son dərəcə ciddi olduğu rəsmi səviyyədə etiraf olunur. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı çıxışında şirkətlərin çətin vəziyyətə düşdüyü və iş yerlərinin risk altında olduğu iqtisadi qeyri-müəyyənlikdən bəhs edib və bu baxımdan növbəti federal hökumətin qarşısında böyük vəzifələr durduğunu bildirib.
Eyni zamanda, aparılan rəy sorğularında, ekspert dəyərləndirmələrində iqtisadi gerilləmə prosesinin sürətləndiyinə diqqət çəkilir. “Almaniya iqtisadiyyatı dərin böhran içindədir və yeni il üçün perspektivlər qaranlıqdır”. “Bild” qəzetinin məlumatına görə, bu, Kölndəki Alman İqtisadiyyat İnstitutunun (IW) sənaye müəssisələrinin təmsilçiləri arasında apardığı sorğunun nəticələrində əksini tapıb.
Ötən illə müqayisədə 49 biznes birliyindən 31-i mövcud vəziyyəti daha ağır olaraq dəyərləndirib. Vəziyyətin belə olmasının səbəbi kimi enerji, işçi qüvvəsi və xammal üçün yüksək xərclərlə yanaşı, Almaniyada bürokratiya və siyasi xaosun investisiya qoyuluşunu və rəqabətin qarşısını aldığı da göstərilib.
IW-nin direktoru Mixael Hüther vəziyyətin kritik olduğunu vurğulayıb. “Vəziyyət nadir hallarda bu qədər narahatlıq doğurub. Biz son 100 il ərzində bir sıra böhranlar yaşadıq, lakin onların heç birinin səbəbləri indiki qədər mürəkkəb deyildi”, - deyən M.Hüther böhranın əsas səbəbinin hökumətin yanlış siyasəti olduğunu qeyd edib.
Sorğuda iştirak edən 49 sənaye müəssisəsindən 20-si 2025-ci ildə istehsal həcminin azalacağını proqnozlaşdırıb. Dörd assosiasiya - tökmə zavodları, polad və metal emalı, plastik emalı və poliqrafiya sənayesi dərin tənəzzülə hazırlaşdıqlarını açıqlayıb. Alman İqtisadiyyat İnstitutunun tədqiqatçıları tənəzzülün maşınqayırma, keramika, şüşə, ağac emalı, tekstil, qida və mədən sənayelərində də davam etdiyini bildiriblər. Nisbətən optimist fikirdə olanlar əsasən 16 sahəni, o cümlədən enerji və su sənayesi, həmçinin əczaçılıq, logistika və digər sektorları təmsil edirlər. Sənaye birliklərinin 25-i gələn il iş yerlərinin ixtisar ediləcəyini, yalnız yeddisi artım gözləyir. İş yerlərinin, ilk növbədə, avtomobil və dəmir-polad istehsalı, eləcə də maşınqayırma sənayesində azalacağı gözlənilir.
Bundestaqa yeni seçkilərin vaxtı müəyyənləşib
Müşahidə edilən proseslər fonunda Fransada olduğu kimi, Almaniyada da sağçılar revanş götürüblər. Ölkədə aparılan sorğular göstərir ki, “Almaniya üçün alternativ” Partiyası son iki il ərzində tərəfdarlarının sayını 10 faizdən 22 faizə yüksəldib. Sözügedən partiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Almaniyanın Türingiya vilayətinin parlamentində ən böyük qüvvəyə çevrilib. Almaniyanın şərqindəki Saksoniya federal əyalətində də Landtaqa seçkilərdə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 30,6 faiz, Sara Vaqenknext İttifaqı (BSW) - 11,8 faiz, Sol Partiya - 4,5 faiz səs toplayıb.
Paralel şəkildə, bundestaqda Almaniya kansleri Olaf Şoltsa etimad, bütövlükdə parlamentin buraxılması məsələsi gündəmə gəlib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması barədə qərarı elan edib. O, müvafiq qərarı “Bellevue” sarayında təşkil olunan brifinqdə açıqlayıb. Frank-Valter Ştaynmayer yeni - növbədənkənar seçkilərin 2025-ci il fevralın 23-də keçiriləcəyini bildirib.
Bununla da dövlət başçısı dekabrın 16-da Bundestaqda keçirilmiş etimad səsverməsinin uğursuzluqla nəticələnməsindən sonra kansler Olaf Şoltsun parlamentin buraxılması ilə bağlı müraciətinə uyğun olaraq bu qərarı qəbul edib.
Xatırladaq ki, Sosial Demokrat Partiyası(SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşıllar Partiyasından ibarət koalision hökumət FDP-nin sədri və maliyyə naziri Xristian Lindnerin iqtisadi durğunluqla mübarizə, dövlət xərcləri və büdcə məsələlərinə dair fikir ayrılığı ilə əlaqədar Kansler Olaf Şolts tərəfindən vəzifəsindən azad olunmasından sonra onun rəhbərlik etdiyi partiya koalisiyadan ayrıldığını elan etmişdi. Bundan sonra lazımi çoxluğu təmin edə bilməyən SPD-Yaşıllar koalisiyasına etimad göstərilməsinə dair məsələ dekabrın 16-da Bundestaqda səsverməyə çıxarılmışdı. Şolts hökumətinə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməli idi. Lakin deputatlardan 207-si hökumətin lehinə, 394-ü əleyhinə səs vermiş, 116 deputat isə bitərəf qalmışdı. Bundan sonra kansler Olaf Şolts parlamentin buraxılması barədə qərar qəbul etmək üçün federal Prezident Frank-Valter Ştaynmayerə müraciət edib.
Almaniya Konstitusiyasına görə, Bundestaqda hökumətə etimad göstərilmədikdə federal Prezident parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən gec 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir. Beləliklə, normal təqvimlə 2025-ci il sentyabrın 28-də keçirilməli olan parlament seçkiləri hökumət böhranından sonra SPD və Birlik partiyaları arasında daha əvvəl razılaşdırılmış tarixdə - fevralın 23-də baş tutacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22