Yelisey Sarayı beynəlxalq qınaq qarşısında
12.03.2025 [10:24]
Bu gün Avropanın böyük çətinliklərlə üzləşən dövlətlərindən biri də Fransadır. Makronun iki prezidentliyi dönəmində həyata keçirdiyi ardıcıl olmayan səriştəsiz siyasət Fransanı bir növ quyunun dibinə salıb. Ölkə istisnasız olaraq hər sahədə ciddi uğursuzluqlarla üzləşir. Ancaq Makron iqtidarı xarici və daxili siyasətindəki qeyri-sabitliyə görə öz məsuliyyətini unudaraq ölkə hüdudlarından kənarda günahkar axtarır. Son vaxtlarda Yelisey Sarayının təmsilçilərinin Fransanın problemlərinin guya bir sıra xarici dövlətlərdən, o cümlədən də Azərbaycandan ixrac edildiyinə dair səsləndirdikləri iddiaların sayı artıb. Bu xüsusda Fransanın daxili işlər və dənizaşırı ərazilər nazirləri, Milli Assambleyasının üzvü və digərləri danışıblar. Respublikamız Fransada daxili sabitliyi pozmaqda, müxtəlif coğrafiyalarda Yelisey Sarayının siyasətinə qarşı təbliğat aparmaqda günahlandırıb.
Azərbaycan qətiyyətlə rədd edir
Təbii ki, Makron komandasının sırf daxili auditoriyaya hesabladığı bu kimi iddialarının hansa bir obyektiv əsası yoxdur. Azərbaycan heç bir ölkənin, o cümlədən də Fansanın daxili işlərinə qarışmır. O başqa məsələdir ki, ölkəmizin siyasəti müstəqillik, suverenlik, ədalət və beynəlxalq hüquq normalarına əsaslanır. Bu kimi məsələlərdə selektiv yanaşmalara yol vermək olmaz. Azərbaycan milli maraqları, azadlığı uğrunda mübarizə aparan xalqlara həmişə mənəvi-siyasi dəstək verib və bu mövqeyinə gələcəkdə də sadiq qalacaq.
Azərbaycan Yelisey Sarayının rəsmilərinin, Fransa parlamentinin təmsilçilərinin absurd iddialarını qətiyyətlə rədd edir. Parisdən gələn bu kimi iddialara Bakıdan verilən cavab özünü çox gözlətməyib. Bu günlərdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın “BFMTV”yə müsahibəsi zamanı ölkəmiz əleyhinə səsləndirdiyi əsassız iddialara dair yerli medianın sualını cavablandırıb. Jurnalistlərin “Fransanın dənizaşırı ərazilər naziri Manuel Valls “BFMTV”yə müsahibəsi zamanı növbəti dəfə Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə Fransaya xarici müdaxilədə günahlandırıb. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi nədən ibarətdir?” sualına mətbuat katibi belə cavab verib: “Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək üçün ölkəmizi ittiham edərək, təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik.
Ölkəsini “nadir güc” kimi qələmə verən nazir Manuel Valls səsləndirdiyi ziddiyyətli fikirlərin Fransanın dənizaşırı ərazilərində baş verən zorakılıq aktları, müstəqillik tələb edən xalqların hərəkatlarının boğulması faktları qarşısında nə qədər zəif arqumentlər olduğunu özü də etiraf edir. Nazir Manuel Vallsın fikirləri, Fransanın öz “strateji maraqları” müzakirə mövzusu olduqda fikir azadlığı, müstəqillik kimi anlayışları da qurban verməyə hazır olduğunu nümayiş etdirməsi, əslində, bu ölkənin ikili standartlar yanaşmasından xəbər verir. Fransa tərəfindən bu kimi iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı əsassız qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”.
Yelisey Sarayının saxta demokratiyası
Bu gün Fransa Azərbaycan kimi ölkələrə demokratiya dərsi keçməyə çalışır. Sual edirik: Yelisey Sarayının buna mənəvi haqqı çatırmı? Sualın cavabı birmənalıdır: Yox! Fransanın demokratiyası başdan-ayağa saxtadır. Amerika Birləşmiş Ştatlarının Milli Coğrafiya Cəmiyyətinin hesabatına görə, Fransa 200 il ərzində nəinki Afrika qitəsinin təbii sərvətlərini mənimsəyib, eləcə də quldarlıqla məşğul olub. Fransa hərbçiləri Afrikada 1,4 milyon insanı qul kimi satıb. Cəmiyyət arxiv sənədlərinə istinadla bildirib ki, gəmilərlə Amerika və Avropaya daşınan qulların 15 faizi yolda acından ölüb. XIX əsrdə Fransa limanlarına “insan yükü” ilə dolu 1800 gəmi lövbər atıb. Bordo limanına 480 gəmi ilə 150 min, Qvard limanına 240 gəmi ilə 70 min, Nant limanına 256 gəmi ilə 166 min qul gətirilib. Fransa tərəfinin hazırladığı “Qara kodeks”də Afrikadan gətirilən qullar insan deyil, əşya kimi qeyd edilirdi. Kodeksdə “bir nəfər” deyil, “bir ədəd” qul yazılırdı.
Fransanın müstəmləkə ərazilərində törətdiyi ekoloji terror heç bir humanizm normasına sığmır. Afrikanın, dənizaşırı ərazilərin ekologiyası Yelisey Sarayının sümürmə siyasətindən ciddi şəkildə təsirlənib. 1960-1990-ci illərdə Fransa ordusu Əlcəzair və Polineziya ərazisində 210 dəfə nüvə bombası sınağı keçirib. Nəticədə vəhşi heyvanların populyasiyası 70 faiz azalıb ki, bu da təbiətə vurulan ən güclü zərbə olub. Aparılan nüvə sınaqlarının daha ciddi fəsadları isə insanların bir sıra sağalmaz xəstəliklərə düçar olmalarıdır.
Mədəni sərvətlərin oğurlanması Yelisey Sarayının bəşəriyyət qarşısında ən böyük günahlarından biridir. Həmin sərvətlərin bir çoxu bu gün Parisdəki Luvr muzeyində nümayiş olunur. Fransa tarixçiləri Benedikt Savua və Flavin Sarranın 2018-ci ildə hazırladıqları hesabata əsasən, Afrika xalqlarının milli mədəniyyət və incəsənət nümunələrinin 90 faizi Luvr və Branli muzeylərində saxlanılır. Bu tarixi abidələrin geri qaytarılması üçün hazırda Avstraliya, Qazaxıstan, Əlcəzair, Efiopiya, Nepal, Seneqal, Mali, Madaqaskar və digər dövlətlər Fransa qarşısında tələb qoyublar.
Fransanın Cənubi Qafqazda pozuculuq əməlləri
Makron komandasının üzvlərinin Yelisey Sarayının daxili və xarici siyasətdə uğursuzluqlarına görə Azərbaycanı günahlandırması yalnız rəsmi Bakı tərəfindən etirazla qarşılanmır. Eyni zamanda, Fransa hakimiyyətinin subyektivliyi, ədalətsizliyi, Azərbaycana qərəzli münasibəti beynəlxalq səviyyədə ciddi qınaqla üzləşir. Tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qlobal yəhudi mediasının nəhəngi, ABŞ-da yayımlanan “Jewish Press”də dərc etdirdiyi “Fransa Azərbaycan və Ermənistan arasında” sərlövhəli məqaləsində ifadə olunan fikirlər buna misaldır.
Fransanın Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə sabitliyi pozmağa yönələn siyasətinin təhlili aparılan yazıda qeyd olunub ki, kənar müdaxilə bölgədə sabitliyi pozan əsas amil kimi görünür. Buna baxmayaraq Qərb dövlətlərinin, xüsusən də Fransanın siyasəti regionun inkişafına mane olur.
Müəllif Azərbaycanı xarici təsirlərə boyun əyməyi qəbul etməyən və Ermənistanla sülh danışıqlarında üçüncü tərəfin iştirakına razı olmayan ölkə kimi səciyyələndirib. Diqqətə çatdırılıb ki, Azərbaycanla Ermənistan arasında gedən proseslərdə mərkəzi oyunçuya çevrilməyə cəhd göstərən Paris İkinci Qarabağ müharibəsindən sonra İrəvanın himayədarı rolunu öz üzərinə götürüb. Fransa uzun müddətdir ki, ardıcıl olaraq Ermənistanı dəstəkləyir və bu, mediada işıqlandırılan iddia deyil, artıq təsdiqlənmiş faktdır. Belə ki, Fransa həddindən artıq və yanlış tənqidlərə görə Azərbaycanla münasibətlərini itirmək riski ilə üz-üzədir.
Məqalədə Avropa İttifaqının Azərbaycanla əlverişli iqtisadi münasibətlərə baxmayaraq, açıq şəkildə Ermənistanın tərəfini tutmasına diqqət çəkilib. Xüsusilə Aİ-nin müşahidə missiyasının Ermənistanda qalma müddətinin daha iki il uzadılması ciddi narahatlıq doğurur.Vurğulandığı kimi, Bakı ehtiyat edir ki, Aİ-nin, o cümlədən də qurumun Ermənistandakı missiyasının iştirakı sülh prosesinə xələl gətirər və İrəvandakı sülhə qarşı çıxan revanşist qrupları dəstəkləyər.
Ermənistanla Azərbaycan arasında hərbi kampaniyanın başa çatdığına və iki ölkənin bir neçə məsələ istisna olmaqla, münaqişə ilə bağlı əksər məsələləri danışıqlar yolu ilə nizamladığına diqqət çəkən müəllif Parisin İrəvana verdiyi dəstəyi gərginliyi artırmaq, münaqişəni qızışdırmaq cəhdi kimi xarakterizə edib. “Aydındır ki, fransızlar öz siyasi və diplomatik məqsədləri üçün Cənubi Qafqazda münaqişənin saxlanmasında maraqlıdırlar”, - deyə tanınmış jurnalist sonda vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
08 Dekabr 20:22
Xəbər lenti
08 Dekabr 19:51
Dünya
08 Dekabr 19:18
Gündəm
08 Dekabr 18:49
Gündəm
08 Dekabr 18:46
Dünya
08 Dekabr 18:27
Analitik
08 Dekabr 18:01
Gündəm
08 Dekabr 17:52
Dünya
08 Dekabr 17:45
YAP xəbərləri
08 Dekabr 16:42
İdman
08 Dekabr 16:30
Siyasət
08 Dekabr 16:22
MEDİA
08 Dekabr 16:20
Siyasət
08 Dekabr 15:59
Siyasət
08 Dekabr 14:18
Dünya
08 Dekabr 13:56
Siyasət
08 Dekabr 13:51
Siyasət
08 Dekabr 13:46
Siyasət
08 Dekabr 13:46
Elm
08 Dekabr 13:01
Sosial
08 Dekabr 12:59
Siyasət
08 Dekabr 12:54
Mədəniyyət
08 Dekabr 12:40
Dünya
08 Dekabr 12:29
İqtisadiyyat
08 Dekabr 12:19
İqtisadiyyat
08 Dekabr 12:18
Hadisə
08 Dekabr 12:17
Gündəm
08 Dekabr 12:17
Sosial
08 Dekabr 12:08
Dünya
08 Dekabr 11:53
Gündəm
08 Dekabr 11:31
Siyasət
08 Dekabr 11:22
Dünya
08 Dekabr 11:19
Elanlar
08 Dekabr 11:14
İqtisadiyyat
08 Dekabr 11:12
Dünya
08 Dekabr 10:48
Dünya
08 Dekabr 10:20
Sosial
08 Dekabr 10:10
Dünya
08 Dekabr 09:34
Dünya
08 Dekabr 09:16
Dünya
08 Dekabr 08:49
Dünya
08 Dekabr 08:25
Dünya
08 Dekabr 07:52
Sosial
08 Dekabr 07:18
Dünya
08 Dekabr 07:14
Sosial
07 Dekabr 23:18
Sosial
07 Dekabr 22:31
İdman
07 Dekabr 22:30
Hadisə
07 Dekabr 22:25
İdman
07 Dekabr 21:43
Siyasət
07 Dekabr 20:34
Sosial
07 Dekabr 20:33
Hadisə
07 Dekabr 20:33
Dünya
07 Dekabr 19:21
Dünya
07 Dekabr 18:11
Sosial
07 Dekabr 17:03
Sosial
07 Dekabr 16:31
Dünya
07 Dekabr 15:26
Dünya
07 Dekabr 14:30
Dünya
07 Dekabr 13:41
Gündəm
07 Dekabr 13:37
Dünya
07 Dekabr 12:37
Dünya
07 Dekabr 11:20
Hadisə
07 Dekabr 10:49
Siyasət
07 Dekabr 09:23
İdman
07 Dekabr 08:46
Dünya
06 Dekabr 23:16
Dünya
06 Dekabr 22:35
Dünya
06 Dekabr 21:23
Sosial
06 Dekabr 20:45

