Avropa İttifaqını çətin qərarlar gözləyir
14.03.2025 [09:53]
Hazırda Avropa İttifaqı (Aİ) məkanında problemlər artmaqdadır. ABŞ-ın yeni administrasiyasının verdiyi qərarlar Avropada ciddi narahatlıqla qarşılanır. Problemlər isə bir çox sahələri əhatə edir. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen də Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxışı zamanı deyib ki, Avropa İttifaqının militarizasiyası prosesində sıçrayışa nail olmaq lazımdır və bu, cəsarətli və çətin qərarların qəbulunu tələb edəcək. Onun fikrincə, bu addım Rusiyanın qarşısını almaq üçün vacibdir. Xanım Lyayen həmçinin bildirib ki, yaxın 4 ildə Aİ-nin hərbiləşdirilməsi üçün Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq plan çərçivəsində hərbi sərmayələrin əksəriyyətini ittifaq ölkələri öz büdcələri və müstəqil kreditlər hesabına tapmalı olacaqlar.
“Ağ kitab”da nələr yazılacaq?
Avropanın təhlükəsizlik böhranı ilə üzləşdiyini deyən Ursula Fon der Lyayen bunun həm də yeni imkanlar açdığını və ittifaqın tarixən böhranlar üzərində qurulduğunu vurğulayıb. Avropa Komissiyasının rəhbəri ümum-Avropa müdafiəsinin vaxtının gəldiyini və Avropa İttifaqının martın 6-da keçirilmiş sammitində hərbi həllər üzərində konsensus əldə olunduğunu qeyd edib.
Avropa İttifaqı Şurasının sədri Antonio Koşta isə Avropa Parlamentindəki çıxışında həmin “çətin qərarların” müdafiə məsələləri üzrə “Ağ kitab”da təqdim olunacağını bildirib. Avropa Komissiyası tərəfindən hazırlanan “Ağ kitab” soyuq müharibədən sonra Avropanın hərbiləşdirilməsi üçün hərtərəfli strategiyaya çevrilməlidir. Koşta hesab edir ki, Aİ-nin hərbiləşdirilməsi Avropa iqtisadiyyatına, sənayenin inkişafına və məşğulluğun artmasına böyük töhfə verəcək.
Müttəfiqlik təhlükə altındadır
Nə Ursula Fon der Lyayen, nə də Antonio Koşta Avropanın təhlükəsizlik sistemində sarsıntının nədən ibarət olduğunu açıqlamayıb. Avropa Parlamentindəki liberal qrupun rəhbəri Valeri Aye isə sessiyada müzakirələr zamanı Ağ evin artıq müttəfiq olmadığını deyib. Onun sözlərinə görə, dünya artıq dəyişib və Avropa İttifaqı özünü müdafiə etməyə hazır olmalıdır: “Aİ şərqdə Rusiyanın, qərbdə isə ABŞ Prezidenti Donald Trampın qarşısını almalı və daxildə mühafizəkar qüvvələrlə mübarizə aparmalıdır”.
Ümumiyyətlə, son illər “qoca qitə”də siyasi böhran da artmaqdadır. Lakin Qərbdə, Avropada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Arzuolunandır ki, Avropada belə qarşıdurma ssenarilərinə son qoyulsun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlıq, multikulturalizm seçilsin, bəşəri dəyərlər təbliğ və təşviq edilsin. Lakin proseslər göstərir ki, Avropada mövcud olan bu zərərli tendensiyaya son qoyulması hazırkı dönəmdə real görünmür. Çünki bütün bunların fonunda miqrant problemləri artır, demokratiya və insan haqları məsələlərində ziddiyyətlər güclənir.
Bu neqativ hallar bir sıra təşkilatların hesabatlarında da əksini tapır. Perspektiv üçün proqnozlar isə nikbin deyil. Belə ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) son hesabatında bildirilir ki, yoxsulluq səviyyəsinin artması, demokratiyaya hücumlar, irqçilik və ksenofobiya, eləcə də miqrasiya problemləri 2024-cü ildə Avropa İttifaqında fundamental hüquqlar üçün əsas təhdidlər olub. Təşkilatın hesabatına əsasən, yaşayış xərclərinin, xüsusən də enerji qiymətlərinin artması ona gətirib çıxarıb ki, insanların 20 faizi (hər beş nəfərdən biri) səfalət içindədir.
Avropa demokratiyasına ciddi zərbə vurulub
Agentlik, miqrasiya təzyiqini nəzərə alaraq, dənizdə axtarış-xilasetmə əməliyyatlarını gücləndirməyi və miqrantlarla ünsiyyət üçün daha təhlükəsiz şərait təmin etməyi tövsiyə edir. FRA eləcə də dövlətin dinc yığıncaqlar və fikirləri ifadə etmək azadlığı hüququna münasibətdə həddən artıq müdaxiləsini pisləyir və qeyd edir ki, bu, mülki məkana təhdiddir, belə vəziyyət ictimai işlərdə əhəmiyyətli iştirakın mövcud olmaması deməkdir və dezinformasiya ilə birləşdikdə bütün Avropa ölkələrində demokratiyaya xələl gətirir. “İyirmi yeddi üzv dövlət, həmçinin vətəndaş cəmiyyətinin müdafiəsini gücləndirməli, antisemitizm və islamofobiyanın artması barədə xəbərdarlıq edərək, həyəcanlı tendensiya kimi təsnif etdikləri irqçilik və dözülməzliyin bütün formaları ilə mübarizə aparmalıdır”,-deyə hesabatda vurğulanır. Avropada sağlam düşüncəli liderlər mövcud problemlərin səbəblərini göstərməklə yanaşı, vəziyyətdən çıxış yolunun tapılmasını vacib hesab edirlər.
Göründüyü kimi, Avropa İttifaqı məkanında bütün sferaları əhatə edən problemlər artmaqdadır. Aİ dünyanın müxtəlif regionlarında proseslərə müdaxilə etməkdənsə, özünün daxili məsələlərinə daha çox diqqət ayırmalıdır. Avropa təsisatı isə bu problemləri yaxın zamanlarda həll etməyə hazır görünmür. Üstəlik, Aİ təhlükəsizlik amili ciddi təhdidə çevrilməkdədir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

