ABŞ geri çəkilir
20.03.2025 [12:33]
Avropanın təhlükəsizliyində Türkiyə amili önə çıxır
ABŞ Prezidenti Donald Tramp hələ seçki kampaniyası zamanı NATO müttəfiqlərindən narazılıq ifadə etmişdi. Trampın fikrincə, Avropa ölkələri müdafiə xərclərinə kifayət qədər vəsait ayırmır, əsas yük Birləşmiş Ştatların üzərindədir. O, prezident seçiləcəyi təqdirdə ABŞ-ın NATO-nu tərk edəcəyi ilə hədələmişdi. Seçkidə qələbə qazanan və bu ilin yanvarından dövlət başçısı kimi fəaliyyətə başlayan Tramp NATO üzvü olan Avropa ölkələrindən üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyi tələb edir. Görünən odur ki, Vaşinqton alyansın digər üzvlərinin əvəzinə çox pul xərcləmək, onların təhlükəsizliyini öz üzərinə götürmək istəmir.
ABŞ baş komandan vəzifəsindən imtina edir...
Bu mövzu ilə bağlı “NBC News” telekanalı Pentaqondakı mənbələrə istinadən maraqlı məlumat yayıb. Məlumata əsasən, Donald Trampın administrasiyası 1951-ci ildən bəri yalnız amerikalı generalların tutduğu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən imtina etmək imkanını müzakirə edir. Bildirilib ki, təşəbbüs, xərclərin azaldılmasına yönəlmiş ABŞ-ın döyüş komandanlıqlarının yenidən genişmiqyaslı təşkilinin bir hissəsidir. Telekanal qeyd edib ki, əgər plan həyata keçərsə, bu, ABŞ-ın alyansda liderlikdən geri çəkilməsi kimi qəbul edilə biləcək simvolik bir addım olacaq.
“NBC News”un mənbələri onu da deyib ki, yenidən təşkil müəyyən vaxt ala bilər və büdcə üzərində nəzarət vasitəsilə təşəbbüsü bloklamaq iqtidarında olan Konqreslə müzakirə olunacaq. Telekanal, həmçinin vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığına (EUCOM) rəhbərlik edən NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Rusiyanın Ukraynaya qarşı müharibəsində Kiyevin dəstəklənməsində əsas rol oynayır: “Yenidən təşkil planı EUCOM və ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) Ştutqartda yerləşən bir bölməyə birləşdirilməsini, həmçinin Florida ştatındakı Cənub Komandanlığının (SOUTHCOM) qərargahının bağlanmasını və onun funksiyalarının Şimal Komandanlığına (NORTHCOM) ötürülməsini nəzərdə tutur. Pentaqonun hesablamalarına görə, bu, ilk ildə 270 milyon dollara qədər qənaət etməyə imkan verəcək”.
Avropa İttifaqı təşviş içindədir
Vaşinqtonun bu yöndəki planları isə Avropa İttifaqını ciddi narahat edir. Artıq blok Trampın planları fonunda müdafiə və hərbi sənaye potensilaının əhəmiyyətli dərəcədə artırılmasını düşünür. Məsələn, Danimarkanın Baş naziri Mette Frederiksen “Politico” nəşrinə müsahibəsində deyib ki, yaxın 3-5 il ərzində Avropanın müdafiə məsələlərində özünü tam təmin edə bilməsi son dərəcə vacib məsələdir: “Mən Avropanın yenidən silahlanmasının tərəfdarıyam. İstəyirəm ki, 3-5 ildən sonra özümüzü müdafiə etməyə tam hazır olmaq kimi qarşımıza çox iddialı bir məqsəd qoyaq”. M. Frederiksen, həmçinin etiraf edib ki, Avropa İttifaqı ölkələrində yenidən silahlanma prosesi kifayət qədər sürətlə getmir. Onun sözlərinə görə, Aİ hələ də “sülh dövrü düşüncəsi ilə yaşayır” və Brüssel bu istiqamətdə maliyyəni mümkün qədər tez artırmaq üçün maneələri aradan qaldırmalıdır.
Xatırladaq ki, bir müddət öncə, Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombard Parisdə keçirilən “Euronext” konfransında çıxış edərkən Avropanın ABŞ-dan asılılığı aradan qaldırmaq üçün öz müdafiə sənayesini maliyyələşdirməli olduğunu bildirmişdi. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen isə öz növbəsində qeyd edib ki, Aİ 2030-cu ilədək güclü müdafiə mövqeyinə malik olmalı və Brüssel bunun üçün indidən fəaliyyətə başlamalıdır.
Politoloq: Türkiyə NATO-nun şərq təhlükəsizliyinin təminatında aparıcı ölkədir
Məsələ ondadır ki, bu gün müdafiə və təhlükəsizlik məsələsində Avropa Türkiyəyə böyük ehtiyac duyur. Aİ-nin keçirilən son toplantılarına Türkiyənin xüsusi dəvət olunması bunun göstəricisidir. Yəqin ki, burada Türkiyənin NATO-da ikinci hərbi güc olması əsas rol oynayır. Əgər ABŞ NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanlığı vəzifəsindən imtina edərsə, bu posta Türkiyə hərbçilərinin gətirilməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı qəzetimizə açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, hələ 2018-ci ildə prezident Donald Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi: “O, digər ittifaq üzvlərinin müdafiə xərclərinə ədalətli töhfə vermədiklərindən şikayət etdi. Konqres isə fərqli düşünürdü. Qurum 2020-ci il Milli Müdafiə Səlahiyyəti Aktına ABŞ ordusu üçün maliyyə təmin edən xüsusi müddəa əlavə edib. Sənədin 1250A bölməsində deyilir ki, prezident Konqresin aktı və ya Senatın üçdə ikisinin təsdiqi olmadan ABŞ-ı NATO-dan birtərəfli qaydada çıxara bilməz. Ola bilsin ki, Tramp NATO-nu sarsıtmaq üçün rəsmi şəkildə qurumdan çıxmaq məcburiyyətində qalmasın. Məsələn, keçən il britaniyalı ekspertlər tərəfindən idarə olunan bir müharibə oyunu aşkar etdi ki, Tramp ABŞ-ı daha az iş görməklə alyansı sabotaj edə bilər. Bu, ABŞ-ın NATO təlimlərində iştirakını minimuma endirmək və ya Amerika zabitlərinin NATO komandirləri kimi xidmət etmələrini məhdudlaşdırmaqdan ibarət ola bilər. ABŞ-ın alyansdan çıxmasının nəticələri qlobal olacaq və proqnozlaşdırmaq çətindir”.
Politoloqun fikrincə, bütün bu addımlar NATO-nun ikinci böyük ordusu olan Türkiyənin rolunu daha da artıra, müvafiq istiqamətdə yerdəyişmə imkanları yarada bilər. “Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun şərq təhlükəsizliyinin təminatında aparıcı ölkədir. Hazırda Trampın yürütdüyü siyasət elə bu cinahdan Avropa üçün təhlükə yaratdığına görə Ankara yaxın perspekrivlərdə ABŞ-ın rolunu üstlənmiş ola bilər”,- deyə Z.Qarayeva vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 Yanvar 13:20
Dünya
15 Yanvar 12:47
YAP xəbərləri
15 Yanvar 12:38
İqtisadiyyat
15 Yanvar 12:25
Sosial
15 Yanvar 12:25
İqtisadiyyat
15 Yanvar 12:18
Hadisə
15 Yanvar 12:16
İqtisadiyyat
15 Yanvar 12:15
Hərbi
15 Yanvar 11:53
Dünya
15 Yanvar 11:48
Dünya
15 Yanvar 11:48
Sosial
15 Yanvar 11:47
YAP xəbərləri
15 Yanvar 11:40
Sosial
15 Yanvar 11:28
İqtisadiyyat
15 Yanvar 11:13
Siyasət
15 Yanvar 10:58
YAP xəbərləri
15 Yanvar 10:49
İqtisadiyyat
15 Yanvar 10:45
İqtisadiyyat
15 Yanvar 10:36
Analitik
15 Yanvar 10:12
Siyasət
15 Yanvar 09:55
Analitik
15 Yanvar 09:33
Analitik
15 Yanvar 09:15
Ədəbiyyat
15 Yanvar 08:51
Sosial
15 Yanvar 08:33
Gündəm
15 Yanvar 08:10
Dünya
15 Yanvar 07:47
İqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57

