Aİ iki seçim arasında - ya razı olacaq, ya da...
05.04.2025 [09:12]
Aprelin 3-də NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə növbəti görüşü keçirilib. Toplantıda alyansın üzv dövlətlərinin müdafiə xərclərinin artırılması ilə bağlı məsələ əsas müzakirə predmenti olub. Bu məsələ ətrafında müzakirələr aparılan zaman Rubio alyansdakı müttəfiqlərin müdafiəyə daha çox büdcə ayırmasının vacibliyinə toxunub. O, Trampın NATO-ya üzv ölkələrin müdafiə xərclərini ümumi daxili məhsulun 5 faz səviyyəsinə çatdırılması ilə bağlı hədəfini diqqətə çatdırıb. Rubio öz çıxışında Vaşinqtonun NATO-ya sadiq olduğunu bildirib, o cümlədən Rusiya-Ukrayna müharibəsi daxil olmaqla son proseslər fonunda alyansın təcili şəkildə möhkəmlənməsinin zəruriliyini vurğulayıb. NATO-nun Baş katibi Mark Rutte də üzv ölkələrə müdafiə xərclərinin ÜDM-in 3 faizindən yuxarı səviyyəyə çatdırılması barədə çağırış edib. Qeyd edək ki, artıq alyansın bir sıra üzv ölkələri müdafiə xərclərini ÜDM-in 2 faiz qədər artırıb. Lakin Tramp bu xərcin 5 ə qədər artırılmasını tələb edir. Almaniya, həmçinin Avropanın bir çox ölkəsi Trampın bu tələbi ilə razılaşmır və bu hədəfin reallığa uyğun olmadığını düşünür.
Xüsusilə vurğulamaq lazımdır ki, Trampın son qərarından sonra ABŞ ilə Avropa İttifaqı arasında münasibətlər daha da gərginləşib. Belə ki, Ağ Evin rəhbərinin Aİ-dən idxal olunan mal və məhsullara yüksək həcmdə gömrük rüsumları tətbiq etməsi Aİ-nin üzv ölkələri tərəfindən narazılıqla qarşılanıb. Aİ və ittifaqın üzv ölkələri Trampın bu qərarına cavab olaraq adekat tədbirlər görməyə hazırlaşırlar. Maraqlıdır, gərgin münasibətlər fonunda Aİ-nin üzv ölkələrinin ABŞ-ın tələbi ilə razılaşması nə dərəcədə mümkün olacaq? Almaniya və Fransa tərəfindən hansı addımların atılması gözlənilir?
Trampın hədəfi...
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp Avropadan qazanc əldə etmək niyyətindədir. “ABŞ əvvəllər də müttəfiqlərinin müdafiə xərcləri ilə bağlı məsələni gündəmə gətirirdi. Tramp Ağ və qayıtdıqdan sonra bu məsələ daha da aktuallaşıb. Tramp açıq şəkildə bəyan edib ki, ABŞ artıq NATO-nun büdcəsinin ən ağır yükünü öz çiyinlərinə götürmək istəmir. Tramp administrasiyası bu yükdən imtina etmək məqsədi güdür. Tramp NATO-nun büdcəsinin maliyyələşməsində məsuliyyətin bölüşməsini və müttəfiqlərin müdafiə xərclərini artırmağı tələb edir. Sözsüz ki, Trampın bu tələbinin arxasında müəyyən hədəflər dayanır. Tramp əsas xərci ABŞ-ın hərbi sənayesinin daha da inkişafına yönəltmək istəyir. Amerikanın dövlət rəhbəri istəyir ki, Avropa ölkələri ABŞ-dan yeni silah-sursat və hərbi ləvazimatlar almaq üçün daha çox pul xərcləsinlər. Yəni Avropa ABŞ hərbi sənayesi üçün münasib bazara çevrilsin”.
Politoloqun sözlərinə görə, Tramp administrasiyası qlobal xərcləri azaltmaqla ABŞ-ı gələcək təlatümlərə hazırlayır: “Trampın ABŞ-ın ölkə hüdudlarından kənarda bütün sahələri əhatə edən xərclərini azaltmaqda digər əsas məqsədi ölkəsini qarşıdakı dövrlərdə böyük hadisələrə, xüsusilə də qlobal iqtisadi böhrana hazırlamaqdır”.
Aİ-nin alternativ seçimi var?
“Hesab edirəm ki, Avropa İttifaqının alternativ seçimləri məhduddur. Aİ-nin üzv ölkələri istər diplomatik-siyasi, istərsə iqtisadi-ticari, istərsə də hərbi-təhlükəsizlik sahəsində, habelə bütün sahələrdə ABŞ-la əməkdaşlıq etmək məcburiyyətindədir. Yəni, Aİ ABŞ-a möhtacdır,” - deyə A.Nərimanlı vurğulayıb ki, Aİ-nin ümid ocağı yoxdur. Onun sözlərinə görə, Çin də Aİ-ni ağır vəziyyətdən xilas edə bilməz: “2010-c ildən bəri Aİ Çinlə iqtisadi-ticari sahədə əməkdaşlığı daha da dərinləşdirib. Çinə də öz mal və məhsullarını ixrac edir. Amma Rusiya-Ukrayna müharibəsi, eyni zamanda baş verən bir sıra proseslər, xüsusilə də Rusiya ilə ABŞ arasında təmasların intensivləşməsi onu göstərir ki, yaxın perspektivdə Çinin qarşısının alınması üçün müəyyən addımlar atılacaq. Düzdür, hazırda Çinin özü qlobal dünyada ikinci süpergüc olmağı hədəfləyir, amma nəzərə almaq lazımdır ki, Çin ABŞ-dan fərqli olaraq içinə qapalı dövlətdir. Bu isə Aİ-yə münasib deyil”.
A.Nərimanlı, həmçinin vurğulayıb ki, Aİ-nin iki aparıcı ölkəsi - Almaniya və Fransa Avropanın hərbi təhlükəsizliyini öz üzərinə götürmək iqtidarında deyil: “Bu vaxtadək Avropa öz təhlükəsizliyini ABŞ-ın çətiri altında təmin edirdi. Əgər ABŞ Avropadan əlini çəkərsə, gərək, Avropa məkanında ABŞ-ı tam və ya yarı əvəzləyə biləcək ölkə ortalığa çıxmalıdır. Təbii ki, bu öhdəlik Almaniya və Fransanın üzərinə düşəcək. Ancaq nə Berlin, nə də Paris bütün qitənin hərbi müdafiəsini və təhlükəsizliyini təmin etmək potensialına sahib deyil. Hətta Almaniya və Fransa arasında mübahisəli məsələlərin olacağı istisna edilmir. Nəticə etibarı ilə bütövlükdə Avropa İttifaqı ABŞ-ın tələblərini yerinə yetirəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45

