İrəvanın “təlim” görüntüsü...
17.04.2025 [09:26]
İrəvan düşdüyü dalandan xilas yolu axtarır - sülhü imzalasa...
Bir neçə gün öncə İran və Ermənistan sərhəd bölgəsində birgə hərbi təlimlər keçirib. Anadolu A İRNA-ya istinadən yaydığı məlumata görə, təlimlər İran-Ermənistan sərhədindəki Nurduz bölgəsində baş tutub. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının əməliyyat idarəsinin rəis müavini Vəliullah Maninin sözlərinə görə, təlimlərin əsas məqsədi sərhəd bölgələrində təhlükəsizliyi gücləndirməkdir. “İki ölkənin sərhəd bölgələri üçün xüsusi təhlükə yoxdur. Bu təlimlər döyüş hazırlığının saxlanılması, terrorizmlə mübarizə və davamlı sülhün təmin edilməsi məqsədi ilə keçirilir”, - Mani yekunlaşdırıb.
Ayrı-ayrı ölkələrin ərazisində “birgə təlim”?!
Ermənistan saytlarının yaydığı məlumatda isə bildirilir ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində, İran qüvvələri isə İran ərazisində təlimlər keçirib. Maraqlıdır ki, hər dövlətin öz ərazisində keçirdiyi təlimlər niyə “birgə təlim” kimi təqdim olunur?
Qeyd edək ki, bu məsələdə xüsusi canfəşanlığa məhz Ermənistan KİV-ində rast gəlinir. Demək olar ki, bu təlimlərə həsr olunan yazılar xüsusilə “hər iki ölkənin strateji maraqlarını əks etdirən məram və məqsəd”lərə həsr olunub. Bu kontekstdə xüsusilə “sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorizmlə mübarizə”, “potensial müharibəyə hazırlıq”, “regional və xarici oyunçulara siyasi siqnal”, “regional balansın qorunması” kimi məsələlər qəsdən ön plana çəkilir. Bir sözlə, Ermənistan bu təlimləri regional “güc göstərisi” kimi təqdim etməyə çalışır.
Ermənistan “od”la “su” arasında...
Maraqlıdır ki, erməni ekspertlər bu “təlimlər” barədə danışarkən, bir məqamı özləri etiraf edirlər - Azərbaycan regionun lideri qismində prosesə nəzarət edir. Başqa sözlə, bölgənin təhlükəsizlik arxitekturasının formalaşması məhz Bakının qurduğu əməkdaşlığın fonunda tənzimlənir. Siyasi ekspertlər ölkəmizin Türkiyə ilə müttəfiq, İsrail ilə dost, Rusiya və İran ilə normal əməkdaşlıq münasibətinə malik, eyni zamanda, qlobal birliyin mühüm aktorlarından biri olduğunu deyirlər. Bu nöqteyi-nəzərdən, Ermənistanın ayrı-ayrı ölkələrin öz ərazisində keçirdiyi təlimi “birgə təlim” kimi təqdim etməsi başadüşüləndir.
Ermənistan son illərdə yalnız neqativ ştrixlərlə yadda qalıb. Məsələn, özünün KTMT-dən olan tərəfdaşları ilə münasibətləri kəskinləşdirib və hətta qurumdakı iştirakını dondurub. “Qərbə söykəndiyini” düşünən İrəvanın bu arzuları isə Baydenlə birgə “məğlub” oldu. Nəinki uzaq perspektivi, hətta yaxın gələcəyi belə görmək iqtidarında olmayan rəsmi İrəvan özünü dalana salıb - nə “köhnə dostların” sırasına qayıtmağa üzü yoxdur, nə də yeni “ümidgahları” ona aralarına almırlar. Belə olan təqdirdə Ermənistan özünü gözə soxmaq üçün, yeni “çətir” tapmaq məqsədi ilə müxtəlif variantlara əl atır. Maraqlıdır ki, bu addımlar İrəvanı gülüş obyektinə çevrir - axı hamı onların nə etdiyini və nə istədiyini görür: ayrı-ayrı ərazilərdə keçirilən təlimin “birgə” sırınması kimi...
Yalandan “güc” göstərməkdənsə, sülhü imzala!!!
Ermənistan özünü “sığortalamaq” üçün bu kimi qeyri-standart yollara əl atmaqdansa, ən rahat addımı atmalıdır. Əgər İrəvan bölgədə müstəqil siyasi subyekt olaraq özünü təsdiq etmək niyyətindədirsə, bunun üçün ilk növbədə bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün real əməl ortaya qoymalıdır - Azərbaycan ilə sülhə imza atmalıdır. Sülhün imzalanması bölgədə yeni ab-hava, yeni situasiya yaradacaq - beləliklə, İrəvan da görüntü yaratmaq “məcburiyyətində” qalmayacaq. Axı hər kəs bilir ki, Ermənistanın keçirdiyi “təlimlər” sabun köpüyü effekti daşıyır. 44 günlük müharibə Ermənistanın bütün “hərbi gücünü” nümayiş etdirdi. Hətta Fransa və başqa ölkələrdən alınan silahlar belə onların köməyinə çatası deyil - necə ki, müharibə dövründə çatmamışdı. Bu kimi qeyri-adekvat yollarla bölgədə “güc göstərməyə” çalışan İrəvan sülh sənədini imzalayacağı təqdirdə bölgədə formalaşacaq yeni reallıqlardan bəhrələnəcək. Bu, hər kəs üçün faydalıdır...
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

